SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“FETO”nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı

14-06-2017, 11:00 | Oxunub: 2 550 |

“FETO”nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı
Emtv.az-ın məlumatına görə, FETÖ-nün (“Fətullahçı terror örgütü”) Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxsin adı, soyadı açıqlanmır, M.M. olaraq göstərilir.
Malatya Valiliyinin fövqəladə vəziyyət üzrə bürosundan verilən açıqlamada deyilir ki, həmin şəxs İstanbulda yaxalanaraq Malatyaya aparılıb. Şübhəli polisdə dindirildikdən sonra növbətçi məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Malatya həbsxanasına yerləşdirilib. Açıqlamada Malatyada FETÖ-çuların həbsinin davam etdiyi bildirilir. Saxlanılanlar arasında keçmiş müəllimlər və tələbələr də var. Onların barəsində dəlil kimi fətullahçıların bir-biri ilə gizli xəbərləşmək üçün yaratdıqları ByLook messengerindən istifadə etmələri göstərilir.


Xatırladaq ki, bu günlərdə Azərbaycanda FETÖ-çu olmaqda ittiham edilən 3 Türkiyə vətəndaşının yaxlanaraq bu ölkəyə ekstradisiya olunduğu məlum olmuşdu.

Emtv.az xəbər verir ki, yeniçağ-ın iddiasına görə, mediada sadəcə M.M kimi təqdim edilən şəxs “Konak” və “Şahzadə” restoranlarının sahibi Muharrem Menekşedir. “Terrorun Gülən üzü” adlı kitabında araşdırmaçı-yazar Aqil Ələsgər də Muharrem Menekşenin adını bir neçə dəfə qeyd etmişdi.

Qeyd edək ki, Malatyada FETÖ ilə bağlı ümumilikdə 12 nəfər saxlanılıb ki, onların əksəriyyəti “Bylock” istifadəçisi olub. Təşkilatın özünü Azərbaycan nümayəndəsi adlandıran üzvünün hansı funksiyaları yerinə yetirdiyi bəlli olmasa da, onun bu vəzifənin saxta icraçısı olduğu qeyd edilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR