SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir” – Təhsil naziri

14-06-2017, 10:49 | Oxunub: 10 648 |

“Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir” – Təhsil naziri
“Azərbaycan müstəqil dövlət kimi özünün ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir”.
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır: “Bu sistemə cavab vermək imkanlarımız genişdir. Bu yolun ilk mərhələsindəyik”.

Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: “Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur”.

M.Cabbarov vurğulayıb ki, milli ali təhsilin dayanaqlılığının təmin edilməsini əsas iş kimi görürlər: “Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz mövcuddur. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq. Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir. İnnovasiyaların cüzi hissəsi istənilən nəticəyə gətirir. Lakin xırda bir uğur belə alqışlanandır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR