SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

RAYONLARDA FƏLAKƏT: sel, daşqın, dolu…

13-06-2017, 12:45 | Oxunub: 15 840 |

RAYONLARDA FƏLAKƏT: sel, daşqın, dolu…
Mayın sonlarından başlayaraq iyunun birinci yarısınadək davam edən qeyri-sabit hava şəraiti Azərbaycanın xüsusilə dağlıq rayonlarında ciddi fəsadlara yol açmaqdadır. Son 3 gündür yağan güclü leysan yağışları, dolu, sel, daşqınlar əkin sahələrinə, fərdi və fermer təsərrüfatlarına zərər vurub. Tovuz, Gədəbəy, Qax, İsmayıllı, Zaqatala, Daşkəsən, Quba, Qusar, Lerik və digər rayonlarda meyvə bağları, əkin sahələri ilə yanaşı fərdi yaşayış sahələri də zərər çəkib.

Dünəndən dayanmadan yağan dolu Tovuzun 10-a yaxın kəndində kartof sahələrinə ciddi zərər vurub. Tovuz Rayon İcra Hakimiyyətindən mətbuata bildiriblər ki, dünən rayonun əsasən dağlıq kəndlərində təsərrüfatlara ziyan dəyib. Bu gün yağan dolu isə rayonun Cəlilli, Xatunlu, Cilovdağ, Əlimərdanlı, Mülkülü, Qaraxanlı, Qədirli kəndlərində təsərrüfatlarla yanaşı fərdi yaşayış evləri və obyektlərə də ziyan dəyib.

“Bəzi kəndlərdə evlərin dam örtüyü dağılıb. Hazırda komissiya tərəfindən dəymiş zərərin miqyası dəqiqləşdirilir”,-icra hakimiyyətindən söyləyiblər. Hava şəraitinin qeyri-sabit keçməsi kartofun məhsuldarlığına ciddi zərər vuracaq.
RAYONLARDA FƏLAKƏT: sel, daşqın, dolu…
Gədəbəy rayonunun dağ kəndlərini dolu vurub, əsasən kartof əkin sahələrinə ziyan dəyib. Gədəbəy Rayon İcra Hakimiyyətindən deyiblər ki, səhər saatlarından başlayan yağış ara verib: “Hələlik təsərrüfatlara dəymiş zərərlə bağlı məlumat daxil olmayıb.Buna baxmayaraq dağlıq kəndlərlə əlaqə saxlanılır”.

Quba, Qusar və Şabranda isə aramsız leysan yağışlar meyvə bağlarında məhsulları zay edib. Tut, gilas, albalı, ərik ağacları ziyan çəkib. “Meyvələr zay oldu, ilboyu çəkdiyimiz əziyyət hədər getdi”, -Şabran rayon sakini deyib.
Quba Rayon İcra Hakimiyyətindən də kəndlərə dolu və leysanın yağdığını, lakin hələ də zərərin müəyyənləşdirilmədiyini deyiblər.
RAYONLARDA FƏLAKƏT: sel, daşqın, dolu…
Bərdə rayonundan isə bildiriblər ki, havaların qeyri-sabit keçməsi təsərrüfatlara ziyan vurub. Xüsulə kəndlərdə fərdi təsərrüfatlar zərər çəkib. Ekspertlər isə güclü leysan və dolu nəticəsində məhsuldarlığın, xüsusilə meyvə-tərəvəzin azalacağını proqnozlaşdırıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Leysan və dolu nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. Yağıntının miqdarı Qazax-Gəncə zonasında 2-21mm təşkil edib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR