17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Azərbaycan bizim üçün vacib ölkədir” - Estoniya XİN
Azərbaycan və Estoniyanın bir sıra sahələrdə, o cümlədən təhsil, informasiya texnologiyaları sahəsində əlaqələri genişləndirmək üçün böyük potensialı var.
Bu sözləri Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi də cüzidir: “Amma Azərbaycan bizim üçün vacib ölkədir. Enerji və qaz təminatında Azərbaycan vacib tərəfdaşdır. Daşınma və nəqliyyat sahəsində imkanlar var”.
S.Mikser bildirib ki, Estoniyanın Avropa İttifaqında sədrliyinin əsas prioritetlərindən biri şərq ölkələri ilə əməkdaşlığı gücləndirmək olacaq: “Aİ-nin sədrliyi dövründə iddialı gündəliyə malikik. Azərbaycan və Avropa İttifaqının strateji əməkdaşlığa dair saziş imzalayacağına ümid edirəm. Bizim üçün sazişin məzmunu çox vacibdir, o həmçinin rəsmi Bakı və Tallin arasındakı münasibətlərə də müsbət təsir göstərəcək”, - XİN rəhbəri bildirib.
Emtv.az