SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunur

12-06-2017, 11:02 | Oxunub: 11 003 |

Naxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunur
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ali təhsil ocaqları üçün yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə halı alıb.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, ötən ilin mart ayından başlayaraq Naxçıvan Dövlət Universiteti şəhərciyi ərazisində iqtisad fakültəsi üçün yeni tədris korpusunun inşasına başlanılıb. Obyektdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, ərazi abadlaşdırılıb. Hazırda binada son tamamlama işləri gedir.

İnşaat işlərini həyata keçirən “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş icraçısı Fikrət Qaybalıyev bildirib ki, burada istilik sistemi quraşdırılıb, kommunikasiya və elektrik xətləri çəkilib. Yeni korpusun ərazisində abadlıq işlərinə başlanılıb. İki mərtəbədən ibarət olan yeni binada 102 yerlik akt zalı, toplantı zalı, kompüter otağı, 21 auditoriya yaradılıb. Bu korpusda 792 tələbə təhsil ala biləcək.

Naxçıvan şəhərində inşaat işlərinin geniş vüsət aldığı daha bir obyekt isə Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək istirahət mərkəzidir. Mərkəzin binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.

“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adıçəkilən obyekt üzrə iş icraçısı Akif Quliyevin bildirdiyinə görə, binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Burada idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı qonaqların ixtiyarına veriləcək. İstirahət mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Yeni tikilidə dövrün və şəhərin xarakterik xüsusiyyətləri əks olunacaq, burada Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üsluba geniş yer veriləcək. Memar Cəmil Quliyevin layihəsi əsasında inşa olunan bina tamamlandıqdan sonra şəhərin ən görməli yerlərindən birinə çevriləcək.

Obyektə yaxın ərazidə isə dəmir konstruksiyalar əsasında qurulan istirahət və əyləncə mərkəzində işlər “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib. Üç mərtəbədən ibarət olacaq binada boulinq salonu və atış zalları yaradılacaq. Digər mərtəbələrdə isə kafe, uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək.

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə də xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Yol-nəqliyyat infrastrukturunun gücləndirilməsi sahəsində reallaşdırılan layihələrin əsas məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bu, həm də dövlətin vətəndaşlara göstərdiyi qayğının təzahürüdür.

Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Naxçıvan Yol Təmir-Tikinti İdarəsinin iş icraçısı Sabir Rəfiyevdən aldığımız məlumata görə, hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yolda yenidənqurma işləri aparılır. 7 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilib, 3 kilometr hissəyə asfalt örtüyü salınıb. Yeni çəkilən yolun eni 7,2 metr olacaq.

Qeyd edək ki, adıçəkilən kəndlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Əhalinin rahatlığına xidmət edən bu tədbirlərin davamı olaraq cari ildə Uzunoba Su Anbarından çəkilən kanal əsaslı təmir olunur.

Naxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunurNaxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunurNaxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunurNaxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunur

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR