SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Hüquq müdafiəçisi xaricdən sığınacaq istədi: Ailəsi ilə birlikdə Azərbaycanı tərk etdi

9-06-2017, 13:11 | Oxunub: 5 978 |

Hüquq müdafiəçisi xaricdən sığınacaq istədi: Ailəsi ilə birlikdə Azərbaycanı tərk etdi

“Uşaq evlərinə qayğı" İctimai Birliyinin rəhbəri Sahib Teymurov ailəsi ilə birgə ölkəni tərk edib.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu barədə məlumat verən hüquq müdafiəçisi deyib ki, 2007-ci ildə olduğu kimi yenidən həbs ediləcəyindən ehtiyatlanaraq, ölkəni tərk etmək məcburiyyətində qalıb:

“Şəki şəhər uşaq evində 18 yaşlı kimsəsiz qıza işgəncə verilib. Vicdanımın qarşısında öz vətəndaşlıq borcumu və ictimai fəaliyyətimə sadiq qalaraq videomüsahibəni KİV-də ictimailəşdirdim. Məlumat aldım ki, uşaq evindən azyaşlıları xristian kilsəsinə aparıb qeyri-qanuni dini ayinlərə cəlb etmək adı ilə məni həbs etmək istəyirlər. Hətta, mənə yeni-yeni ittihamlar irəli sürüləcəyi bildirildi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qaldım. Hal-hazırda qonşu ölkələrin birində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) sığınacaq üzrə Departamentinə müraciət edib xahiş etmişəm ki, ailəmizə Avropa ölkələrinin birində siyasi mühacir statusunun verilməsinə köməklik göstərsinlər”.

Qeyd edək ki, Sahib Teymurov hüquq müdafiəçisi Albina Teymurovanın həyat yoldaşıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR