01 iy 10:24Oxunub: 346 |

İndoneziyada ölənlərin sayı 135 nəfərə çatıb

İndoneziyada ölənlərin sayı 135 nəfərə çatıb
İndoneziyanın Medan şəhərində "Hercules C-130B" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
"EMTV.az" RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerdə ölənlərin sayı hələki məlum deyil.

Bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Aqus Supriyatna bildirmişdi ki, hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 101 sərnişin və 12 ekipaj üzvü olub, sağ qalan olmayıb. Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar.

Qeyd edək ki, ABŞ istehsalı olan "Hercules C-130B" hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan havaya qalxarkən qəzaya uğrayıb. A.Supriyatnanın sözlərinə görə, qəzadan bir neçə saniyə əvvəl pilotlar mühərrikdə nasazlığın əmələ gəlməsi barədə dispetçerlərə məlumat veriblər.

Gecə saatlarında da davam edən axtarış-xilasedici əməliyyatında yüzlərlə hərbçi, polis və xilasedicilər iştirak edir.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 951
XƏBƏR LENTİ

Reklam
Məzənnə