SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunmuş sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb

9-06-2017, 11:48 | Oxunub: 11 737 |

“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunmuş sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunan sərgi-müsabiqə təşkil olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdikləri tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa balacaların da maraq göstərmələrinin çox sevindirici hal olduğunu bildirib. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Rəssamlar Birliyi onların gələcək sənət yollarında inamla irəliləmələri üçün lazımi dəstəyi verir.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov, Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayev, sənətşünas Nizami Alıyev, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin müəllimi Səkinə Qarayeva çıxış edərək vurğulayıblar ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Muxtar respublika rəhbərinin diqqət və qayğısını öz üzərində hiss edən hər bir balaca rəssam bundan sonra da səylə çalışmalıdır.

Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.

“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr edilmiş “İslamın naxışı” və “Mənim yaradıcılığım” adlı rəsm müsabiqələrinin qaliblərinə və rəsm sərgilərində fəallığına görə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Rüfət Səfərli, Qeybalı Məmmədov, Novruz Hüseynzadə, Nicat Səfərli, Bağdagül Hüseynova və başqa rəsm həvəskarlarının əl işləri xüsusi maraqla qarşılanıb.

Sərgidə təbiət mənzərələrindən tutmuş cizgi filmləri qəhrəmanlarının rəsmləri, aprel döyüşlərində şəhid olan Milli qəhrəmanlarımızın portretləri də vardı. Uşaqların yaratdıqları rəsm əsərləri sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, sərgidə 50-yə yaxın istedadlı uşağın 100-dən çox rəsm əsəri nümayiş olunub.
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunmuş sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb

“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunmuş sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR