SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyevin baş nazir planı: Artur Rəsi-zadə yola salınır və ...

8-06-2017, 11:24 | Oxunub: 6 682 |

İlham Əliyevin baş nazir planı: Artur Rəsi-zadə yola salınır və ...
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dəyişikliyə əsasən, prezidentin yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə Prezidentin Katibliyinin rəisi, prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Eyni zamanda, PA-nın 3 şöbəsi və 1 dövlət müşaviri postu ləğv edilib. Humanitar Siyasət Şöbəsinin müdiri Fatma Abdullazadə, İqtisadi Siyasət Şöbəsinin müdiri Mail Rəhimov və Müdafiə Məsələləri Şöbəsinin müdiri Məhərrəm Əliyev vəzifələrini itirib və bu xidmətlər ləğv edilib. Eyni zamanda prezident müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev də postlarını itirib.

Struktur islahatları növbəti mərhələdə Nazirlər Kabinetini əhatə edəcək. Bu barədə mətbuata hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, baş nazir Artur Rəsi-zadə və onun 6 müavini istefaya göndəriləcək.

Mənbənin bildirdiyinə görə, baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları prezidentin köməkçilərinə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb: Yaqub Eyyubov- 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 82 yaşı var (1935).

Mənbə yeni baş nazirin adını da açıqlayıb: “Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov baş nazir təyin ediləcək. YAP elitasının təmsilçisi Ə.Əhmədov bu posta ən şanslı namizəddir. Birincisi, oliqarxiyanın siyasi hakimiyyətdən məsafədə saxlanılması siyasi hakimiyyətin prioritetlərinə daxildir. Eyni zamanda YAP elitasının hökumətə keçid tendensiyası artıq başlayıb. Bir qədər öncə YAP funksioneri Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olundu, ardınca Ə.Əhmədov baş nazirin müavini postuna təyinat aldı. Böyük siyasi və biznes ambisiyaları olmayan YAP funksionerlərinin hökumətdəki fəaliyyəti siyasi rəhbərliyi tam qane edir. İkincisi, oliqarxiyanın siyasi səhnədən sıxışdırılması fonunda YAP-ın onların əvəzləməsi də siyasi hakimiyyətin prioritetlərinə daxildir. Artıq kadr bankı qismində oliqarxiya və onların yaxın ətrafı yox, YAP funksionerləri çıxış edir. Üçüncüsü, birinci vitse-prezident təyinatından sonra əvəzedilməz 2-ci şəxs statusunu itirən 82 yaşlı A.Rəsi-zadə indiki sosial-iqtisadi reallıqlara qətiyyən uyğun gəlmir. Bundan sonra, sosial-iqtisadi sektorla bağlı qərarlar Prezidentinin Administrasiyasında qəbul ediləcək, qərarların cari və operativ icrasına isə baş nazir nəzarət etməlidir. Ə.Əhmədov bu kriteriyaya ən uyğun namizədlərdən biridir”.

Yada salaq ki, mayın 31-də Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. Ancaq parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyunda növbədənkənar iclas çağırılacağı bəlli oldu.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu CBC-yə müsahibəsində bildirib ki, "Növbədənkənar iclasının keçirilməsi gözlənilir. Çox güman, iyunda növbədənkənar iclasla olacaq. Bilirsiz ki, bir ayda minimum iki dəfə iclas keçirilir. İndi baxaq, nə qədər sənədlər qəbul olacaq, qanunvericilik təşəbbüs çərçivəsində nə qədər sənəd daxil olacaq. Sənədlərin həcmindən asılıdır ki, növbədənkənar sessiyda neçə iclas keçiriləcək”.

“Milli Məclisin növbədənkənar iclaslarının birində baş nazirin istefaya göndərilməsi və yeni baş nazirin təsdiqlənəcəyi gözlənilir. Baş nazir prezidentin təqdimatı ilə istefasını parlament təsdiqləməlidir. Eyni zamanda yeni baş nazir də prezidentin təqdimatı ilə MM-də təsdiqlənməlidir” – deyə mənbə vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR