SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda 6 nəfəri ilan sancıb

8-06-2017, 10:56 | Oxunub: 8 242 |

Naxçıvanda 6 nəfəri ilan sancıb

Havaların isinməsi ilan sancmalarının da sayınının artmasına səbəb olub.

Son on gün ərzində Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsinə ilan sancması ilə bağlı 6 nəfər sakin yerləşdirilib. Şöbəmüdiri Azər Məmmədovun mətbuata verdiyi məlumata görə, onların beşinin vəziyyəti ağır olsa da həyati təhlükə keçib.

Bəs ilan sancması zamanı ilk tibbi yardım necə göstərilməlidir?

Şöbə müdiri deyir ki, ilan sancması baş verən zaman ilk olaraq, ilan sancan şəxsin hərəkəti məhdudlaşdırılaraq zərdab vurulması təmin olunmalıdır. Zərdab nə qədər tez vurularsa zərərçəkən şəxs daha tez sağalar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Jalə Allaverdiyeva bildirib ki, muxtar respublikaya kifayət qədər zərdab gətirilərək səhiyyə müəssisələrinə, eləcə də ucqar dağ və sərhəd kəndlərindəki tibb məntəqələrinə paylanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, biologiya elmlər namizədi Arzu Məmmədov bildirib ki, ilan tapdalandıqda, incidildikdə sancır.

"İlanlar çoх mərd heyvandır. Əvvəlcə fısqırmaq yolu ilə хəbərdarlıq edir. Başını geri çəkir, bir-iki dəfə yaхın məsafədə atılır və yalnız bundan sonra çıхış yolu tapmadıqda insanı sancır"

A.Məmmədov deyir ki, muxtar respublikada yayılan 23 ilan növündən yalnız 3-ü zəhərlidir.

Arzu Məmmədov insanların ilanları öldürməsi məsələsinə də toxunub. "Unudurlar ki, ilanların nəslinin kəsilməsi təbiətdə bir sıra gəmiricilərin sayının çoxalması və xəstəliklərin artmasına səbəb olar. Onları həyətyanı sahələrdən uzaqlaşdırmaq üçün kükürd məhsulundan istifadə etmək kifayətdir".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR