SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azay Quliyev Türkiyədə görüşlər keçirir - FOTOLAR

8-06-2017, 10:41 | Oxunub: 3 730 |

Azay Quliyev Türkiyədə görüşlər keçirir - FOTOLAR

ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, baş nazirin müavini Numan Qurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu və ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.

Emtv.az xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi Facebook səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, ATƏT PA- nın vitse- prezidentləri Azay Quliyev və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yidırımla keçirilən görüşlərinin nəticələri, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirməsi müzakirə olunub.

Azay Quliyev Türkiyədə görüşlər keçirir - FOTOLAR


Türkiyə rəsmiləri Türkiyənin İŞİD, PKK və FETÖ terror təşkilatları ilə üz-üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bu problemlərin Türkiyə üçün yaratdığı çətinlikləri qeyd ediblər. Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyi bildirilib.

Bu gün ATƏT Parlament Assambleyasının xüsusi missiyasının CHP lideri Kamal Kılıçdaroğlu, MHP, HDP liderləri və digər rəsmi şəxslərlə görüşü baş tutacaq.

Azay Quliyev Türkiyədə görüşlər keçirir - FOTOLAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR