SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qətər böhranı: deyəsən ortada “Rusiya barmağı” var

7-06-2017, 13:32 | Oxunub: 8 848 |

Qətər böhranı: deyəsən ortada “Rusiya barmağı” var
Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə Fars körfəzi ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsində Rusiyanın əli ola bilər. Emtv.az xəbər verir ki, virtualaz.org CNN-ə istinadla bildirir ki, Amerikanın kəşfiyyat xidmətləri rusiyalı hakerlərin Qətərin dövlət informasiya agentliyinin saytına müdaxilə edərək orada bu ölkənin əmiri Tamim Ben Hamad əl-Taninin adından saxta bəyanat yerləşdirməsi barədə araşdırma aparır.

Məlumata görə Federal Təhqiqatlar Bürosunun bir qrup əməkdaşı Qətərin dövlət informasiya agentliyinə haker müdaxiləsini araşdırmaq üçün Dohaya ezam olunublar. Ehtimal olunan kibermüdaxilə iki həftə əvvəl baş verib. Telekanalın mənbələri deyiblər ki, Rusiyanın məqsədi ABŞ-la onun Fars körfəzindəki müttəfiqləri arasında ziddiyətlər yaratmaq ola bilər.

Mayın 24-də Qətərin dövlət informasiya agentliyi əmir Tamim Ben Hamad əl-Taninin adından İrana və “Həmas” qruplaşmasına dəstək bəyanatı yayıb. Habelə bəyanatda bildirilib ki, ABŞ prezidenti Donald Tramp vaxtından əvvəl hakimiyyətdən gedəcək. Daha sonra Qətər XİN-in rəsmisi bu bəyanatın saxta olduğunu və haker müdaxiləsi nəticəsində agentliyin saytında yerləşdirildiyini bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri Qətəri İŞİD və “Əl-Qaidə”ni maliyyələşdirməkdə, terroru yaymaqda ittiham edib, bu ölkənin İranla radikal qruplaşmaları dəstəkləmək üçün işbirliyində olduğunu bildirib. Qətər böhranı hazırda dünyanın bir nömrəli mövzusudur və belə görünür ki, beynəlxalq mətbuatda Tramp-Rusiya təhqiqatına dair xəbərləri kölgədə qoyub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR