SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tibb Universitetinin klinikası məhkəməyə verildi - VİDEO

7-06-2017, 13:01 | Oxunub: 14 714 |

Tibb Universitetinin klinikası məhkəməyə verildi - VİDEO
Əməliyyatdan düzgün aparılmadığını iddia edən pasiyent Tədris Cərrahiyyə Klinikasından 13450 manat tələb edib

Vətəndaş Məcidova Esmira Astanalı qızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına qarşı məhkəmədə iddia qaldırıb. Uğursuz əməliyatın qurbanı olduğunu iddia edən şikayətçi məhkəmədə dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb edib.





Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Məcidov Bəhram Əliağa oğlu bildirib ki, onun həyat yoldaşı E.Məcidovanın bel nahiyəsində olan ağrılarla bağlı həmin tibb müəssisəsinə müraciət edib: “Həmin klinikanı seçməyimizə səbəb buranın yeni olması və müasir avadanlıqlara təchiz olunmasına inanmağımız olub. Lakin həmin xəstəxanaya müraciət etdiyim andan xəyal qırıqlığına uğradım.
Belə ki, Tədris Cərrahiyyə Klinikasının həkimi Cəmil İsgəndərov tomoqrafiya olunmaq və digər müayinələrlə bağlı Sabunçu xəstəxanası kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasına müraciət etməyimiz tövsiyyə etdi. Ona görə də, Sabunçu xəstəxanasına müraciət etdik. Orda müayinə olunduqdan sonra Esmiraya bel sümüyünün sınığı diaqnozu qoyuldu. Bundan sonra Cəmil İsgəndərov təcili həyat yoldaşımı əməliyyata götürdü”.

Bəhram Məcidov deyib ki, elə bütün problemlər də əməliyyat vaxtından başlayıb: “Belə ki, həkim həyat yoldaşıma narkoz vermədən üzərində cərrahiyyə əməliyyatı aparıb. O, dözülməz ağrıları yaşamalı olub. Problem təkcə bununla da bitməyib. Belə ki, mən əməliyyat üçün rəsmi olaraq xəstəxanaya 500 manat ödəsəm də, bundan əlavə də Cəmil İsgəndərova 2200 manat pul vermişəm. O cür ağır əməliyyatdan iki gün sonra həkim həyat yoldaşımı evə aparılmalı olduğunu bildirdi. Həyat yoldaşım həkimə vəziyyətinin ağır olduğunu və bu vəziyyətdə evə aparılmağının mümkünsüz olduğunu dedikdə, o əlavə etdi ki, xəstəxanada qalmaq üçün hər günə görə 100 manat ödəniş etmək lazımdır.
Maddi vəziyyətimiz onların istəklərinə cavab vermədiyindən 3 gündən sonra həyat yoldaşımı xəstəxanadan çıxartmaq məcburiyyətində qaldım. Lakin əməliyyatın düzgün aparılmaması, həkim nəzarətindən kənar qalması Esmiranı iflic olunmaq dərəcəsinə gətirib çıxartdı. Bundan sonra mən Cəmil İsgəndərovun yanına gedərək baş verənlərə görə cavab verməsini tələb etdikdə, o mənə “bu xəstəlikdə vəziyyət belə olmalıdır” dedi. Aparılan davamlı müalicə nəticəsində iflic aradan qalxdı. Sonradan isə Esmiranın özü onun yanına gedərək vəziyyətinin ağır olduğunu dedikdə, bunun səbəbini soruşduqda, Cəmil İsgəndərov belində yırtıq olduğunu deyərək yenidən əməliyyat etməyi təklif etdi. Lakin biz bu əməliyyatdan imtina etdik. Çünki onsuz da əməliyyatdan öncə bizə beldə yırtıq olduğu bildirilmişdi və əməliyyat həm də bununla bağlı olmalı idi. Lakin göründüyü kimi, həkim həyat yoldaşımın üzərində cərrahiyyə əmliyyatını yarımçıq, narkoz vermədən, həm də ağır nəticəyə gətirib çıxara biləcək tərzdə aparıb”.


***
Bəhram Məcidov bildirib ki, o və həyat yoldaşı dəfələrlə həkimin yanına gedərək əməliyyat üçün olunan ödənişi geri tələb edib: “Bu günə qədər bizə yalnız bir dəfə 300 manat, növbəti dəfə isə 700 manat pul qaytarılıb. Həmin məbləği mənə verərkən, özü kağıza nəsə yazıb imzalatdırıb. Bununçün isə mənə xeyli miqdarda maliyyə vəsaiti lazımdır. Tədris Cərrahiyyə Klinikası isə mənim ora ödədiyim vəsaiti qanunsuz olaraq geri qaytarmaqdan imtina edir. Bu tibb müəssisəsi bizə maddi ziyanla yanaşı mənəvi ziyan da vurub. Belə ki, Esmiranın hazırki vəziyyəti əməliyyatdan əvvəlki vəziyyətindən qat-qat ağırdır. Əslində bunu əməliyyatdan əvvəllki müayinənin və əməliyyatdan sonrakı müayinənin cavablarına baxmaqla da görmək mümkündür”.

***
Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasında 14.05.2016-cı il tarixdə MRT müayinəsinin protokolunda aydın şəkildə qeyd edilib ki, boyun, döş və bel fəqərəarası disklərdə protruziya və ya yırtıq aşkar edilmədi.
Əməliyyatdan sonra həkimin pasientə vaxt ötdükcə ağrıların azalacağını deməsinə görə, bir müddət müayinə olunmayıb. Lakin vəziyyətinin getdikcə ağırlaşmasından sonra Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə müraciət edib və Spiral Kompüter Tomoqrafiya Müayinəsinin cavalarından görünür ki, fəqərəarası disklərdə protruziya aşkar edilib.


***
“Əlavə olaraq qeyd edim ki, disklərin protruziyası-fəqərəarası diskin konturlarının fəqərə cisminin sərhəddindən kənara qabarmasıdır. Protruziyanın yaranma səbəbləri-irsiyyət, həddindən artıq fiziki gərginlik (idmançılarda), travmalar və qamətin pozulmasıdır. Burda irsiyyət amili mümkün deyildir, çünki az öncəki müayinə həmin halları aşkar etməyib. Həddindən artıq fiziki gərginlik də istisnadır, çünki Esmira özünü güclə idarə etdiyi halda, hər hansı bir iş görməyi mümkün deyil. Bu yalnız travma nəticəsində baş verə bilər ki, həyat yoldaşım bu travmanı əməliyyat zamanı alıb. Çünki əməliyyatın gedişində və əməliyyatdan sonra baş verənlər, onun sağalmağını deyil, vəziyyətinin daha da ağırlaşmasını göstərir ki, bu da yalnız əməliyyatın düzgün aparılmamasının nəticəsidir. Buna görə də maddi ziyandan başqa, mənə dəyən mənəvi ziyan da Tədris Cərrahiyyə Klinikasından tutularaq mənə ödənilməlidir”,- Bəhram Məcidov bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı bir neçə dəfə ağrılardan bezərək özünə qəsd etmək istəyib: “Biz buna imkan verməyib və ona haqq-ədalətin məhkəmə yolu ilə bərqərar olacağına inandırmağa çalışıblar. Esmira özünü idarə etməkdə çətinlik çəkir və kömək olmadan hərəkət etməyi mümkünsüzdür”.

***
İddiaçı Məcidova Esmira Astanalı qızı məhkəmədən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından onun xeyrinə onun sağlamlığına vurduğu maddi və mənəvi zərərin əvəzi olaraq– cavabdehə ödənilmiş 2400 manat, dərmanlara və müayinələr görə ödənilmiş 1000 manat, hüquqi xidmətlərə görə ödənilmiş 50 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 13450 manat tutulması barədə qərar qəbul edilməsini xahiş edib.

***
Tədris Cərrahiyyə Klinikasının həkimi Cəmil İsgəndərov bütün iddiaları qəbul etməyib: “Ona əməliyyatla bağlı nə lazımdırsa, olunub. Onun səhhətində problemlə çoxdur. İnsult keçirmiş adamdır. Bizə müraciət edəndə ağır vəziyyətdə idi. Nə lazım olubsa etmişik. Qalan problemi ilə bağlı məsləhət görmüşük ki, nevrepotorloq tərəfindən müalicə alsın. O, sadəcə bütün problemləri bizim əməliyyatla əlaqələndirir.
Xəbərimiz var ki, o, elədiklərimizlə razı olmayıb məhkəməyə müraciət edib. Məhkəmədə də ekspertiza olacaq. Əgər bizim səhvimiz varsa, aradan qaldırılacaq”.


C.İsgəndərov ona ödənişin olması iddiasını da təkzib etdi: “Nə ödəniş olubsa, kassaya olub. Və əməliyyat vaxtı istifadə olunan alət firmasına ödəniş edilib.
Mən hesab edirəm ki, məhkəmə iddiası əsassızdır. Onun səhhəti ilə bağlı şikayəti bizim əməliyyatla əlaqədar deyil Bunun onun özünə də izah eləmişik”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR