SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qətərə göz dikmiş Azərbaycan şirkətləri

7-06-2017, 10:59 | Oxunub: 6 339 |

Qətərə göz dikmiş Azərbaycan şirkətləri
Bütün dünyanın gözü Ərəb coğrafiyasında baş verən böhrana çevrilib. 7 ölkə Qətər ilə əlaqələrini kəsib.

Qətər ətrafında yaranmış böhran bir çox şirkətlərin bu ölkə ilə əməkdaşlığını təxirə sala bilər.

Emtv.az marja-ya istinadən xəbər verir ki, Azərbaycanın həmişə Qətər ilə yüksək siyasi əlaqələrə malik olub. Son vaxtlar bu əlaqələr daha da yüksəlib. Siyasi əməkdaşlıqdakı yüksək münasibətlər yavaş-yavaş iqtisadi münasibətlərə də əks olunurdu.

BİRGƏ İNVESTİSİYA FONDU YARADILMASI MÜZAKİRƏ OLUNMUŞDU

May ayının 18-də Bakıda Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holding”in, “Gilan Holding”in və “Synergy Group”un rəhbər vəzifəli şəxsləri iştirak etmişdi.

Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

“ASTARAÇAY” ÇAY İXRACINA HAZIRLAŞIRDI

Mayın əvvəlində “Astaraçay” MMC bəyan etmişdi ki, Qətərə çay ixracına hazırlaşırlar.

“20 ton hazır “Qara məxməri” sortu Qətər dövlətinə göndəriləcək”,- “Astaraçay” MMC-nin aqronomu İsrafil İsrafilov bildirmişdi.


AZƏRBAYCAN ŞİRKƏTİ QƏTƏRƏ BAĞ MEBELLƏRİ İXRAC EDİR

Azərbaycanın bağ mebelləri istehsalçısı İDEA- Qətər Dövlətində rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

“Ötən il Qətərə ixrac missiyası çərçivəsində bu ölkənin Bələdiyyə və Ətraf Mühit Nazirliyində görüş keçirilib, “Scandinavian Supplies” şirkəti ilə rəsmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət IDEA məhsullarının Qətərdə satışı və təqdimatı hüququnu qazanıb. Əməkdaşlığın ilk addımları olaraq, IDEA bu ilin martında Qətərdə keçirilən “AGRİTEQ 2017” sərgisinə Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi tərəfindən dəvət alıb, sərgi üçün və nazirliyin xüsusi sifarişi əsasında ixrac həyata keçirib. May ayında Qətərdə keçiriləcək “PROJECT QATAR” sərgisi üçün məhsullar göndərilib, Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi, eyni zamanda digər şirkətlər tərəfindən göndərilən təkliflər üzərində iş aparılır”, – deyə IDEA MMC-nin direktoru İbrahim Alısoy bu ilin Aprel ayının sonunda mətbuata açıqlamasında demişdi.

QƏTƏR DƏ FƏALİYYƏT GÖSTƏRƏN ŞƏBƏKƏ İLƏ ƏLAQƏLƏR QURULUR

Aprel ayında İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfərdə olmuşdu.

Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olmuş və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşmüşdülər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparılmışdı. Bildirilmişdi ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız “Lulu” marketlər şəbəkəsində satışdadır.

Məlumat üçün bildirək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

“QAZELLİ” DƏ QƏTƏRƏ İXRACA HAZIRLAŞIRDI

Azərbaycanın milli kosmetika şirkəti “Gazelli Group” da Qətərə ixracla bağlı danışıqlar aparıdı.

AZƏRBAYCAN MƏHSULLARININ “CARREFOUR”DA SATIŞI MÜZAKİRƏ OLUNMUŞDU

Bu ilin Fevralında Qətərə ixrac missiyası çərçivəsində ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilmişdi.

İxrac missiyası Qətərdə “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunmuşdu.

BAL İXRACI DA HƏDƏFDƏ İDİ

“MR BEE” adında bal qablaşdıran “Kercom” şirkəti də Qətər bazarına çıxmağı planlaşdırırdı.

“Kercom” şirkətinin (“MR BEE” brendi) rəhbəri Cavid Kərimov, “Şirkətin prioritet saydığı “target” bazarları mövcuddur: “Buraya Körfəz ölkələri – Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən və s. daxildir”, – deyə bildirmişdi.

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏTİ LİMANI QƏTƏR ŞİRKƏTİ İLƏ RAZILAŞMIŞDI

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi baş tutmuşƏ Azərbaycan və Qətər arasında 6 sənəd imzalanmışdı. Həmin sənədlərdən biri, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumu idi.

2016-cı ildə Azərbaycana Qətərdən 5,5 dəfə çox turist gəlmişdi.

Azərbaycan Qətər ilə ticarətin səviyyəsini artırmağı, öz investisiyaları ilə yeni bazarlara birgə daxil olmağı hədəfləyir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR