06 in 11:22Oxunub: 135 |

Polis əmtəə nişanlarını oğurlayıb satan şəxs saxlanılıb

Polis əmtəə nişanlarını oğurlayıb satan şəxs saxlanılıb
Daxil olan əməliyyat məlumatı əsasında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəhim Heydərovun evinə baxış zamanı oradan 1800 ədəd “Gəncə Şərab-2” və “Premium Vodka” yazılı etiket, 1794 ədəd spirtli içki başlığı və 887 ədəd aksiz markası aşkar edilərək götürülüb.

Emtv.az-ın məlumatına görə, bu barədə trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Əmtəə nişanlarını R.Heydərova həmyerlisi İbrahim Allahverdiyevin satdığı məlum olub və o, saxlanılıb. Araşdırmalarla İ.Allahverdiyevin bir ay əvvələ qədər “Gəncə Şərab-2” ASC-də işlədiyi, lakin oğurluq etməsi şübhə doğurduğundan, həmçinin işində yol verdiyi nöqsanlara görə oradan uzaqlaşdırıldığı aydın olub.

Saxlanılan İ.Allahverdiyev etiraf edib ki, işlədiyi müddətdə oğurladığı həmin əmtəə nişanlarını bağlamalarda zavodun ərazisində olarkən hasar üzərindən çölə atıb, işdən çıxandan sonra həmin yerdən götürməklə nəzarətdən yayına bilib və ələ keçirdiyi malları R.Heydərova satıb.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 540
XƏBƏR LENTİ

Reklam
Məzənnə