17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bu gün Çernoqoriya rəsmən NATO-ya üzv olur
Emtv.az xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Çernoqoriya rəsmi olaraq, NATO-ya daxil olur. Uyğun sənədlərin təqdim olunması mərasimi Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentində baş tutacaq.
Tədbirdə Çernoqoriyanın Baş naziri Duşko Markoviç, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennonla birlikdə, NATO-nun Baş katibi Yens Stoltenberq iştirak edəcək.
Daha bir mərasimin NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcəyi planlaşdırılıb. Bu tədbirdə Çernoqoriyanın Prezidenti Filip Vuyanoviç də iştirak edəcək.
Çernoqoriyanın NATO-ya üzv olmaq qərarını Moskva «süngü ucunda» qarşılayıb.
Emtv.az