SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Erməni mətbuatı Azərbaycanın Ermənistana "daha bir zərbə"sindən yazıb

2-06-2017, 13:30 | Oxunub: 8 291 |

Erməni mətbuatı Azərbaycanın Ermənistana "daha bir zərbə"sindən yazıb
10-13 mayda İspaniya paytaxtı Madriddə BMT-nin nəzdində yaradılmış Ümumdünya Turizm Təşkilatının (ÜTT) icraçı şurasının 105-ci iclası keçirilib.

Emtv.az avropa.info-ya istinadən xəbər verir ki, iclasda erməni tərəfinin qondarma “DQR”i bu quruma üzv qəbul etdirmək planı iflasa uğrayıb.
Ermənistanın arovat.am saytı yazır ki, Azərbaycan tərəfinin etirazlarından sonra ermənilərin istəyi baş tutmayıb.


Qondarma “DQR”in Ermənistanda qeydiyyatdan keçmiş turistik təşkilatı Ümumdünya Turizm Təşkilatının assosiativ üzvü olmaq üçün sənədlərini təqdim edib. Madriddə gedən müzakirə zamanı Azərbaycan tərəfi öz narazılığını bildirib, erməni tərəfi isə müraciəti geri götürüb. Bunun əvəzində dünyanın müxtəlif ölkələrindən olan 24 təşkilat BMT-nin Ümumdünya Turizm Təşkilatının assosiativ üzvü seçilib.

Azərbaycan növbəti beynəlxalq səviyyədə Ermənistan və “DQR”in maraqlarını alt-üst etməyi bacardı, necə ki, ATƏT-in İrəvan ofisinin qapadılmasına, həmçinin Ermənistanın regional layihələrdən uzaqlaşdırılmasına nail olmuşdu.

Erməni saytı yazır ki, burada ən təhlükəli olan şey Ermənistanın öz arzusu ilə geri çəkilməsidir. Görünür, qeydiyyatdan keçən təşkilatın adında “DQR” sözü olmasaydı, Azərbaycan müqavimət göstərməyəcəkdi. Ancaq Ermənistan geri çəkilərək

Azərbaycanın əlinə “kozır” vermiş olur. Günün biri Azərbaycan “DQR” sözünün bütün Yer planetində, Günəş sistemində qadağasına nail ola bilər.

Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi.

Müəllif yazır ki, Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı.

Məqalə müəllifi sonda qeyd edir ki, Madriddə Ermənistan “DQR”in turistik təşkilatını müdafiə etməyə cəhd göstərmədən geri çəkildi” – erməni nəşri belə yazır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR