SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Kiminsə qucağına getmək lazım deyil” – İlyas İsmayılov

1-06-2017, 13:48 | Oxunub: 4 660 |

“Kiminsə qucağına getmək lazım deyil” – İlyas İsmayılov
“Azərbaycanla Rusiyanın arasında gərginliyin olması fikri ilə razı deyiləm. Yalandan mülahizələr irəli sürürlər ki, guya münasibətlərdə problem var. Ancaq həm prezidentlərin, həm ölkələrin əlaqələrində bir gərginlik görmürəm”.

Bu sözləri mətbuata Ədalət Partiyasının sədri, sabiq deputat İlyas İsmayılov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyatının ləğvi ilə bağlı sualımızı cavablandırarkən belə deyib.

İ.İsmayılov hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi Rusiya ilə həmin təşkilatın arasında problem ola bilər: “Əvvəla araşdırmaq lazımdır ki, bu təşkilatın qeydiyyatının ləğvi kimə sərfəlidir və Rusiya tərəfindən hansı tələblər qoyulub. Hərənin ağzından bir fikir çıxır və elə bir fikir yaradırlar ki, guya Rusiya ilə münasibətlərdə gərginlik var. Əgər Rusiya ilə Azərbaycanın münasibətləri pis olsa, onda ölkənin aqibəti Gürcüstan kimi olar”.

Partiya sədri hesab edir ki, rəsmi Bakının Rusiya və ABŞ arasında seçim etmək kimi bir öhdəliyi yoxdur: “Rusiya əbədi qonşudur və münasibətləri yüksək səviyyədə saxlamaq lazımdır. Amerika ilə də neft-qaz, enerji siyasətində əməkdaşlığı davam etdirməliyik. Daha kiminsə qucağına getmək lazım deyil”.

Qeyd edək ki, ÜAK-ın ləğvindən sonra parlament və hökumət rəsmiləri səviyyəsində reaksiyalar olub. Bu təşkilatın ləğvində Rusiyada ermənipərəst dairələrin əli olduğu bəyan edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR