SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Təhsil haqqı universitetləri boş qoyacaq: BAHALAŞIR

26-05-2017, 12:59 | Oxunub: 8 834 |

Təhsil haqqı universitetləri boş qoyacaq: BAHALAŞIR
Kamran Əsədov: “Endirim etməsələr, bu il plan yerlərinin doldurulması ilə bağlı problem yaşayacaqlar”

Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb. Özəl universitetlər isə az qala 50 faiz təhsil haqlarını azaldıblar. Ekspertlər hesab edir ki, özəl universitetlərin təhsil haqlarını endirməsi dövlət ali məktəblərinə təsir edəcək. Bundan əlavə dövlət universitetlərində təhsil haqlarının artırılmasından sonra abituriyentlərin çoxu xaricdə oxumağa üstünlük verəcəklər. Növbəti tədris ilində Dövlət Universitetlərinin bəzilərində təhsil haqları artırılacaq. Bakı Dövlət Universitetindən verilən məlumata görə hər il sifariş etdiyi qəbul planı tamamilə dolur:

“Buna görə də, yeni tədris ilində təhsil haqlarının endirilməsindən söhbət gedə bilməz. Əksinə, bəzi ixtisaslarda təhsil haqları artırılıb. Universitetdə ümumilikdə ixtisasdan asılı olaraq bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir”. Bundan əlavə Neft və Sənaye Universitetində də növbəti tədris ili üçün təhsil haqları artırılıb. Bu iniversitetdə bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir. Ehtimal olunur ki, qeyd edilən məsələ qarşıda abituriyentlərin təhsil almaq üçün xaricə axınını daha da artıracaq.

Maraqlıdır, dövlət universitetlərində artırılan təhsil haqları özəl universitetlərə tələbə axınına necə təsir edəcək?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, dövlət universitetləri özlərini qəbul bazarının mütləq hakimi hesab edirlər:

“Onlar bizim milli mentalitetə arxayındırlar. Çünki , bizim valideynlər düşünürlər ki, nə qədər perspektivsiz, lazımsız ixtisas olursa olsun, təki övladları dövlət universitetində təhsil alsın. Onların narahatlığının səbəbi özəl universitetlərin fəaliyyətindəki etibarsızlıqdır. Yəni məlum deyil ki, bu il fəaliyyət göstərən özəl universitet gələn il fəaliyyətini davam etdirəcək, ya yox…
Düzdür, hətta universitet bağlansa belə, onun tələbələri digər universitetlərə bərpa olunurlar. Lakin bu özlüyündə kifayət qədər ciddi problemlər də yaradır. Bilirsiz, daha Azərbaycan 1990-cı illərdə deyil. Dövlət universitetləri yuxudan ayılmalıdırlar. Onlar qeyd edirlər ki, əvvəlki illərdə plan yerlərini 100 faiz doldurmuşdular, bu yalan məlumatdır. Qəbul plan yerini 100 faiz dolduran universitetlərin sayı 4 idi ki, hazırda bir çox aparıcı universitetlər bu siyahıdan kənarda qalmışdı. ADA, Xəzər, Qərb, Azərbaycan kimi universitetlər artıq dövlət universitetləri ilə yaxşı mənada rəqabət apara bilir. Son illər ərzində abituriyentlərin 30 faizə yaxını elektron ərizələrində dövlət universitetlərini yox, özəl universitetləri seçirlər.
Bundan əlavə 500 və 600 baldan çox böyük sayda abituriyent ixtisas seçimində Xəzər, Qərb, Azərbaycan kimi universitetlərə üstünlük verir ki, bu da yaxın vaxtlarda dövlət universitetlərinin böhran yaşaya biləcəyindən xəbər verir. Başqa bir nüans da var ki, kimsə dövlət universitetinin əmək bazarında ehtiyac olmayan yüksək təhsil haqqılı ixtisasında oxumaqdansa, özəl universitetin daha ucuz və perspektivli ixtisasına üstünlük verəcək. Təəssüflər olsun ki, dövlət universitetləri qəbul prosesini, abituriyentlərin və plan yerlərinin sayını düzgün izləmirlər, təhlil etmirlər. Onlar devalvasiyadan, əhalinin gəlirlərinin aşağı düşməsindən nəticə çıxarmalı idilər. Həmçinin, işə qəbul zamanı kiminsə dövlət və ya özəl universiteti bitirməsinə fərq qoyulmur. Əsas işə qəbul imtahanında nəticələrin üstün olmasıdır”.


Ekspertin sözlərinə görə dövlət universitetləri təhsil haqlarında endirim etməsələr, onlar bu il plan yerlərinin doldurulması ilə bağlı problem yaşayacaqlar:

“Unutmasınlar ki, bu il 65 min abituriyent ərizə təqdim edib. Plan yeri isə 40 minə yaxındır. 50 faiz abituriyentin keçid balını toplaya bilməyəcəyi əvvəlki illərdən məlum olduğuna görə indiki halda belə böyük sayda plan yerinin boş qalacağı qaçılmazdır. Dövlət universitetləri arxayındır ki, onsuz da Azərbaycan insanı bunları seçəcək. Qiymət artımı bu proqnozu doğrultmayacaq. İnsanlar artıq rahat şəkildə yüksək bal toplayan da, xarici ölkələrdə təhsilini davam etdirməyə üz tutur, nəinki yerli universitetlərdə….
Bununla yanaşı oxumaq üçün xaricə axında da artımlar olacaq. Çox olmasa da, ciddi şəkildə artım ola bilər. Çünki qardaş Türkiyədə 100-dən çox nüfuzlu universitetin təhsil səviyyəsi bizimkilərdən üstündür və təhsil haqları çox aşağıdır. Bu kimi hallar da prosesə ciddi şəkildə təsir göstərə bilər”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR