SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı

26-05-2017, 12:36 | Oxunub: 7 503 |

Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində açılan rüşvət bazarı Neftçalada narazıdıq doğurub. Vətəndaşlar bildirir ki, idarənin rəisi Seymur Əliyev hər kəsdən çəkinmədən rüşvət tələb edir.


Bir qrup Qarabağ əlili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəisi Seymur Əliyevin fəaliyyətindən ölkə rəhbərliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova şikayət ünvanlayıblar. Həmçinin mətbuata ünvanlanan şikayət məktubunda Qarabağ əlilləri Seymur Əliyevin rüşvətxorluğundan, əhalini yerli-yersiz incitməsindən və idarəyə müraciət edən vətəndaşlardan açıq şəkildə rüşvət tələb edilməsindən bəhs edilir.


Şikayətçilər bildirirlər ki, Seymur Əliyev tərəfindən vətəndaşlara, o cümlədən Qarabağ əlillərinə və müharibə veteranlarına göstərdiyi hörmətsizlik və özbaşınalıq artıq bütün mümkün həddləri aşıb keçir. Belə ki, ev tikmək üçün kəndlərdə torpaq sahələri alan insanlar açıq şəkildə Seymur Əliyevin rüşvət terroru ilə üz-üzə qalırlar. Sənədlərin qaydasında olub-olmamasından asılı olmayaraq, Seymur Əliyev hər kəsdən rüşvət tələb edir və bu zaman çəkinmədən deyir ki, o, tələb olunan rüşvətin böyük hissəsini məhz "yuxarıya”, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə çatdırır.


Şikayətçilər qeyd edirlər ki, əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin işçiləri tərəfindən bütün sənədlərin surəti alınır və Seymur Əliyevə təqdim olunur. Bundan sonra isə vətəndaşı Seymur Əliyev özü qəbul edir və çəkinmədən vətəndaşdan rüşvət təldəb edir. Vətəndaşın tələb olunan rüşvəti vermək imkanı olmadığında isə, iş süründürməçiliyə salınır və bir müddətdən sonra ümumiyyətlə vətəndaşa reyeustr sənədi verməkdən imtina olunur. Bundan başqa Seymur Əliyevin vətəndaşlaora qarşı çox kobud və hörmətsiz davrandığı da bildirilir. Seymur Əliyevin qəbulundan çıxan vətəndaşların böyük hissəsi adətən özünü təhqir olunmuş kimi hiss edir.


Şikayətçilər qeyd edirlər ki, Seymur Əliyevin bu davranışları, xüsusən də vətəndaşa açıq şəkildə hörmətsizlik nümayiş etdirməsi və çəkinmədən hər kəsdən rüşvət tələb etməsi barədə dəflərdə yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyinə və şəxsən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova dəflərlə şikayət olunsa da, heç kim Seymur Əliyevə "gözün üstə qaşın var”, demir. Seymur Əliyev isə hamıya açıq şəkildə deyir ki, o "yuxarının” pulunu vaxtlı vaxtında çatdırır və bu pulları da "yuxarının” göstərişi ilə yığır. Ona görə də heç kim özünü yorub şikayət filan etməsin. Çünki o, "öz işini görür”.


Maraqlıdır ki, bu yazıdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti necə reaksiya verəcək. Biz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məsələ ilə mövqeyini öyrənməyə cəhd eləsək də, cəhdimiz uğursuz alındı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR