SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İslahat baş nazirlikdən başladı: Yaqub Eyyubovla Abid Şərifov çamadan havasında

26-05-2017, 12:25 | Oxunub: 12 950 |

İslahat baş nazirlikdən başladı: Yaqub Eyyubovla Abid Şərifov çamadan havasında
İqtidar idarəetmədə yeni düzən planını işə salır

İslamiada yekunlaşdıqdan sonra hökumətdə neçə vaxtdır gözlənilən ixtisarların başlanır. Hökumətdə aparılacaq struktur və kadr islahatları Nazirlər Kabinetindən start götürəcək.

Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə öz əksini tapıb, “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir.

Əldə etdiyimiz bilgilərə görə, baş nazirin müavinlərindən azı ikisi vəzifəsi ilə vidalaşmalı olacaq. Bu adlar arasında Yaqub Eyyubovla Abid Şərifov daha çox hallanır.

Baş nazirin müavinləri - Yaqub Eyyubov və Abid Şərifovun yerinə gənc kadrlar təyin oluna bilər. Yaş senzi ilə əlaqədar olaraq hər iki müavinin istefaya göndərilməsinə hazırlıq gedir.

İslahat baş nazirlikdən başladı: Yaqub Eyyubovla Abid Şərifov çamadan havasında




Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var.

Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).

Emtv.az xəbər verir ki, iqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Dövlət başçısı iqtisadi böhranın aradan qaldırılması və ölkədəki maliyyə sabitliyini təmin edilməsi istiqamətində mühüm islahatlara başlayıb.

Bu günlərdə hökumətin iqtisadi planlarından xəbərdar olan deputat Vahid Əhmədov da 10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olmasını, idarəetmə aparatının həddən artıq şişirdilməsini demişdi.

Deputat demişdi ki, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.
Bildirilir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib.

Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR