SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26-05-2017, 11:27 | Oxunub: 3 668 |

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək
Mayın 26-da Tbilisidə NATO Parlament Assambleyasının yaz sessiyası başlayacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.

Sessiyanın komitə iclaslarında Suriyada və İraqda müharibənin humanitar aspektləri, sosial media inqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara dəniz regionunda sabitliyin inkişafı, ballistik raketdən müdafiə və NATO, kosmik fəzaya sahiblik və müttəfiqlərin müdafiəsi, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Rusiya-tərəfdaşdan rəqibə, NATO və Arktikada təhlükəsizlik, NATO-nun texnologiya üstünlüyünün saxlanılması, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər mövzular müzakirə olunacaq.

Z. Əsgərov və nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR