SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

CEYRANOVUN BAKIDAKI ŞƏRİKİ BARƏDƏ ŞOK İDDİALAR – “Əməliyyatlarının 80 faizi ölümlə nəticələnir” + FOTOLAR

25-05-2017, 11:21 | Oxunub: 8 117 |

İki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən atarışa verilən Kazımini kim qoruyur?

CEYRANOVUN BAKIDAKI ŞƏRİKİ BARƏDƏ ŞOK İDDİALAR – “Əməliyyatlarının 80 faizi ölümlə nəticələnir” + FOTOLAR

“Hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə…”

Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Bakıda üzə çıxıb. Bu, Mərkəzi Neftçilər Klinikasının şöbə müdiridir və hazırda da iş başındadır.
CEYRANOVUN BAKIDAKI ŞƏRİKİ BARƏDƏ ŞOK İDDİALAR – “Əməliyyatlarının 80 faizi ölümlə nəticələnir” + FOTOLAR

Xəbər verildiyi kimi Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru, Azərbaycan müxalifətinin maliyyə mənbələrindən biri kimi tanınan Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunub. Gürcüstan prokurorluğunun rəsmi açıqlamasında deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, onu “Türkiyədən dəvət olunmuş cərrah” kimi təqdim edib.

Daha sonra sosial şəbəkələrdə və TV-lərdə həmin cərrahın qara ciyər xəstələri üçü pulsuz müayinə keçirdiyi barədə elanlar verib. Bu elanları eşidən iki pasiyent ötən ilin martında klinikaya müraciət edib. Ceyranov onlardan cəmi 81 min dollar alıb. Azərbaycandan gedən cərrar xəstələrə qara ciyər köçürüb, lakin hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb.
CEYRANOVUN BAKIDAKI ŞƏRİKİ BARƏDƏ ŞOK İDDİALAR – “Əməliyyatlarının 80 faizi ölümlə nəticələnir” + FOTOLAR

Gürcüstan prokurorluğunun Ceyranovun həbsinə dair ötən gün yayılmış məlumatında Azərbaycandan dəvət edilmiş və türk kimi qələmə verilən həkimin kimliyi açıqlanmamışdı.

Lakin mətbuat ölümlə nəticələnən əməliyyatı aparan azərbaycanlı cərrah-transplantoloqla bağlı ilginc faktlar əldə edib. Bəlli olub ki, həmin cərrah-transplantoloq Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımidir. Kazımi iki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah kimi fəaliyyət göstərən Kaziminin xarici ölkələrdə, o cümlədən Gürcüstanda əməliyyat aparması üçün sertifikatı yoxdur. Lakin Kazimi öz briqadası ilə dəfələrlə “Lanset” klinikasında orqan köçürmə əməliyyatları aparıb. Ceyranovla Kaziminin işbirliyi birincinin Gürcüstana köçməsindən sonra başlayıb. Ceyranov pasiyentlərə Kazimini türkiyəli mütəxəssis kimi təqdim edib.

Mircəlalın Türkiyədə təhsil alması və xəstələrlə türk dilində danışması da pasiyentlərin aldadılmasında rol oynayıb. Dünyada qəbul olunmuş normalara görə qara ciyər transplantasiyasında ölüm riski 3-5 faiz arasında dəyişir. Lakin Kaziminin həyata keçirdiyi əməliyyatların 80 faizinin ölümlə nəticələndiyi barədə məlumatlar var.

“Mircəlal Kazıminin əməliyyatı nəticəsində ötən ay daha bir xəstə dünyasını dəyişdi. Demək olar ki, hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə ölüm faktları ciddi araşdırılmır, hər dəfə xəstə və ya xəstə yaxınları günahkar çıxarılır”,-səhiyyə orqanlarındakı mənbəmiz bildirir.

Qazax rayon sakini, 36 yaşlı Vüsal Fərzəliyev də Mircəlal Kaziminin xəstəsi olub. Böyrək çatışmazlığından əziyyət çəkən Vüsala anasının böyrəyi köçürülüb, Kazimi ailəyə əməliyyatdan 15 gün sonra xəstənin tam sağalacağına təminat verib. Lakin Vüsal əməliyyatdan 1 ay sonra ölüb.
CEYRANOVUN BAKIDAKI ŞƏRİKİ BARƏDƏ ŞOK İDDİALAR – “Əməliyyatlarının 80 faizi ölümlə nəticələnir” + FOTOLAR

Vüsal Fərzəliyev

Qeyd edək ki, sosial şəbəkələrdə Kaziminin apardığı əməliyyat nəticəsində dünyasını dəyişən daha bir nəfər-26 yaşlı Səkinə Həsənova ilə bağlı məlumatlar da yer alıb. Qara ciyər transplantasiyasindan sonra dünyasını dəyişən gəncin valideynləri həkimi günahkar bilirlər. Onlarla xəstə isə həkimin yanlış diaqnozundan şikayətçidir.

Kazımi barəsində Gürcüstan hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə müraciət edib-etmədiyi bəlli deyil. Lakin necə ola bilər ki, qonşu ölkədə iki pasiyentin ölümünə görə axtarılan cərrah-transplantoloq Bakıda sərbəstcə öz işindədir?

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR