SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ELDAR MAHMUDOV “DİRİLƏ” BİLƏRMİ? – “Reanimasiyası mümkündür”

23-05-2017, 09:48 | Oxunub: 7 011 |

ELDAR MAHMUDOV “DİRİLƏ” BİLƏRMİ? – “Reanimasiyası mümkündür”
Sülhəddin Əkbər: “ Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur”

2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan “təmizləmələr” son nəticədə qurumun birdəfəlik ləğvi ilə yekunlaşdı. Amma sabiq nazir Eldar Mahmudov bu günə qədər istintaqdan kənar qala bilib. Bu fakt zaman-zaman sabiq nazirin reanimasiya oluna biləcəyi haqda məlumatların dövriyəyə girməsinə yol açır. Bu günlərdə sabiq nazirin keçmiş cangüdənlərini, mühafizəçilərini işə qaytarması xəbəri bir daha yenidən vəzifəyə gətiriləcəyi haqda iddiaları artırıb.
ELDAR MAHMUDOV “DİRİLƏ” BİLƏRMİ? – “Reanimasiyası mümkündür”

Milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər deyir ki, Azərbaycan, ölkəmizin yerləşdiyi region çox həlledici mərhələyə daxil olub: “İçində olduğumuz il, qarşıda gələn il dünya, region və Azərbaycan üçün sınaq illəridir. Ölkəmiz çox çalxantılı dönəmə girib. Ona görə də Azərbaycan siyasətində ziqzaqları görməyimiz labüddür. Azərbaycan böyük okeanda olan kiçik bir qayıqdır. Azərbaycan böyük geopolitik qarşıdurma təsiri altında o tərəfə, bu tərəfə gedəcəkdir. Xarici təsirlər Azərbaycan daxilində çox açıq şəkildə hiss olunacaq. Azərbaycan stratejigücünə görə kişik, zəif dövlətdir. Müstəqilliyini yeni əldə edib, torpaqları işğal altındadır, müharibə şəraitindədir. Xarici təsirlər ölkə daxilində hiss olunacaq və ölkə daxilində marağı olan böyük dövlətlərın hər birinin ”5-ci kolon”u var və çox aktiv şəkildə fəaliyyətdədir. Azərbaycanda eyni zamanda xarici və regional güclərin gizli savaşı gedir. Bu gizli savaş İran məsələsinə görə aktivləşəcək. Yaxın zamanlarda çox ciddi hadisələrin şahidi olacağıq və Eldar Mahmudovun MTN-də bu qədər ağır cinayətlərin baş verməsinə, sübut olunmasına baxmayaraq, ümumiyyətlə prosesə cəlb olunmaması çox böyük suallar yaradır. Bu o deməkdir ki, Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur. Bu, açıq şəkildə ortadadır. Azərbaycanda proseslərin gedişiatından asılı olaraq Eldar Mahmudovun reanimasiyası mümkündür”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR