SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İlin Dörd Fəsli” MMC necə narazılıq yaradır - ŞİKAYƏT

22-05-2017, 12:00 | Oxunub: 7 399 |

“İlin Dörd Fəsli” MMC necə narazılıq yaradır - ŞİKAYƏT
“Artıq uzun müddətdir ki, şəhərcikdə qanunsuz əməllər tüğyan edir və bunun birbaşa içraçısı “İlin Dörd Fəsli” MMC-nin direktoru Elnur Hüseynov və saxta “komendant” Ehtiram Yusfovdur. Bizlərdən sayğaclar adı altında 700-800 manat pul yığılsa da, hələ də sayğaclarımız qoyulmur, mənzillərimizə “Çıxarış” verilmir. Çünki şəhərciyin yerləşdiyi 13 ha torpaq kənd təsərrüfatı təyinatlıdır və torpağın təyinatı dəyişdirilməlidir, şirkət isə bu işdə maraqlı görünmür”.

Bu barədə mətbuata müraciət edən “Yeni Bakı” yaşayış kompleksinin bir qrup sakini məlumat verib. “Bizlərdən qanunsuz sığorta pulları yığılır, halbuki 1 və 2-ci həyətin sakinlərindən də 3 il əvvəl sığorta adı altında pullar yığılıb ki, guya mənzillərə “Çıxarış” veriləcək, lakin sığortanın müddəti bitib və hələ də çıxarış deyə bir şey yoxdur” – sakinlər bildirirlər.

Şikayətçilərin sözlərinə görə, indi isə şəhərciyin rəhbərliyi qazsız bina sakinlərini aldatmaq niyyətinə düşüb: “Belə ki, 9, 10, 11, 12, 13-cü təkbloklu binalara qaz çəkilib və sayğacların kartlarını komendantlıq, “Azəriqaz”dan bu və ya digər yolla alaraq sakinlərə satmaq niyyətindədir. Bəli, düz başa düşdünüz, satmaq niyyətləri var və artıq sakinlərin bir qismini komendantlığa dəvət edərək, sığorta və kommunal ödənişləri ödəyəcəkləri təqdirdə, sayğaclarının kartlarının veriləcəyini bildirir və təzyiq edirlər”. “Halbuki qanunda və qanunvericilikdə belə bir şey yoxdur. Bilməyən sakinləri də xəbərdar edirik ki, qaz sayğaclarının kartı ilə bağlı sizləri yuxarıda qeyd etdiyimiz kimi təhdid edib, kommunal və sığorta ödəmək tələb edərlərsə, “Azəriqaz”ın “qaynar xətt”inə zəng edərək (185) şikayətinizi bildirin və ya qaz sayğaclarının kartı üçün şəxsiyyət vəsiqəsi ilə ASAN xidmətə müraciət edin. Qeyd edək ki, qaz sayğac kartları pulsuzdur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR