SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda kirayə evlər sürətlə bahalaşır – QİYMƏTLƏR

22-05-2017, 10:33 | Oxunub: 10 083 |

Bakıda kirayə evlər sürətlə bahalaşır – QİYMƏTLƏR
Bakıda kirayə mənzillər son bir ayda kəskin bahalaşıb. Söhbət şəhərin mərkəzi hissələrində yerləşən 1 və 2 otaqlı yeni mənzillərdən gedir. Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov bildirib ki, son bir ayda ölkəyə gələn turistlərin artması, İslam Oyunlarının keçirilməsi Bakıda günlük kirayə mənzillərə tələbi artırıb. Nəticədə, kirayə qiymətlərində xeyli artım müşahidə edilir.

İslam Oyunlarına görə kirayə evlərə tələb artıb

Ekspert bildirib ki, turistlər adətən orta qiymətli kirayə evlərə və yaxud hotellərə üstünlük verirlər. Hazırda isə Bakıda hotellərin qiymətləri ya çox yüksəkdir, ya da çox aşağıdır. Şəhərin mərkəzində 4 ulduzlu hoteldə 1 otaqlı nömrənin qiyməti 90 manat, 2 otaqlı mənzil 150-160 manatdır. Günü 20-30 manat olan ucuz hotellər isə şəhərdən çox kənardır və kefiyyətsizdir. Digər tərəfdən nəqliyyata sərf edilən vaxtı və xərcləri nəzərə alsaq bu da turist üçün əlverişli deyil.
Aylıq kirayə mənzilləri turistlərə günlük verməklə qazanırlar
Bunu analiz edən şəxslər şəhərin mərkəzi hissələrində bütün avadanlığı olan 500-1000 manata kirayə evləri sahibindən bir neçə aylıq kirayə götürürlər. Kirayə xərci 20-30 manat təşkil edən evi xarici turistlərə 50-70 manata təklif edirlər.


“Tarqovu”da hətta evini hostel edənlər var

Nəticədə İçərişəhər, Sahil Metrosu, 28 May küçəsi, “Tarqovu”, Gənclik, N. Nərimanov metrosu və digər mərkəzi hissələrdə evlərin kirayəsinə tələb artıb. V. Hüseynov deyib ki, hətta, “Tarqovu”da evlərini hostel kimi turistlərə kirayə verənlər var.
Sosial şəbəkələrdə və kiçik saytlarda xarici dildə elanlar verilir
Ekspertin sözlərinə görə, bunu yerli əmlak elanı saytlarında kirayə verilən mənzillərlə bağlı müşahidələr də göstərir: “Yerli əmlak saytlarından gündə 20-30 kirayə ev çıxarılır. Bunu araşdırdıq. Məlum oldu ki, şəhərin mərkəzi hissəsindəki kirayə evlər xarici dildə sosial şəbəkələrdə və kiçik saytlarda turistlərə təklif edilir”.

Kirayə mənzillər 50%-dən çox bahalaşıb

Nəticədə, bu ərazilərdə 1-2 otaqlı mənzillərin kirayəsi 50%-dən çox bahalaşıb. Məsələn, aylıq kirayəsi 500-700 manata olan 1 otaqlı mənzil indi 1100 manata təklif edilir. 600-800 manata təklif edilən kirayə evlər isə 1200 manata kimi bahalaşıb.

“Bahalaşma müvəqqətidir”

V.Hüseynov bu tendensiyanın müvəqqəti olduğunu bildirib: “ Qarşıdan “Formula 1” yarışları gəlsə də, adətən varlı təbəqədən olan insanlar bu yarışlara maraq göstərir. Belə şəxslər isə bahalı hotellərdə qalmağa üstünlük verirlər. Digər tərəfdən, yay aylarında xarici turistlərin Bakıya marağı azalır. Belə olan halda kirayə mənzillərə tələbin azalması, kirayə qiymətlərini yenidən əvvəlki səviyyəyə qaytara bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR