SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Pensiyalarla bağlı əhaliyə mühüm xəbərdarlıq – Bundan sonra…

18-05-2017, 13:09 | Oxunub: 9 531 |

Pensiyalarla bağlı əhaliyə mühüm xəbərdarlıq – Bundan sonra…
Vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 824,3 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,8 mln. manat və ya 9,1 faiz çoxdur
.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.

2017-ci ilin üç ayı ərzində əhaliyə 21,5 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 20 faizi hamiləliyə və doğuma görə, 24 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,8 faizi dəfn üçün, 39,2 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

2017-ci il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 318,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,3 faizi yaşa, 29,2 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 200,3 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,9 faizinə bərabər olub.

2017-ci il aprelin 1-i vəziyyətinə 374,9 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 19,1 min nəfər, əlilliyə görə – 154,7 min nəfər, ailə başçısını itirməyə görə – 43,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 71,9 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 53,7 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 421 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 3243 nəfər bir yaşadək uşağa görə 3188 ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.

2017-ci ilin üç ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30153 nəfərə, o cümlədən 24257 uşağın doğulmasına görə, 3938 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1143 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 815 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 439 nəfər zərərçəkən kompensasiya alıb.

Ölkədə 140,8 min aztəminatlı ailənin 587,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 5,3 faiz artıb.

Azərbaycan prezidentinin təqaüdünü almış şəxslərin sayı 58,2 min nəfər olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR