SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)

18-05-2017, 11:21 | Oxunub: 6 612 |

DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)
Durmadan artan itkilər, əsgərlərin bir-birlərini güllələməsi, təxribat əməliyyatlarının uğursuzluğu, ordu daxilindəki xaos, Azərbaycan ordusunun düşmənə məxsus zenit-raket kompleksini, digər texnika və hərbi obyektləri məhv etməsi Ermənistan ordusunu iflic vəziyyətə salıb.

Düşmən ölkə daxildə saxtalaşdırdığı iki seçki nəticəsində onsuz da gərgin olan sosial-ictimai vəziyyətin partlayış həddinə çatmaması üçün cəbhədə növbəti təxribat əməliyyatları keçirməyə cəhd edir. O cümlədən də, informasiya təxribatları. Bu gün yaydıqları videogörüntülər kimi.

Gəlin, həmin videoları diqqətlə təhlil edək.

Əvvəla, döyüş mövqelərinə yaxın ərazidə havadan müdafiə sistemlərinin, rabitə və hərbi nəqliyyat vasitələrinin yerləşdirilməsi mümkün deyil. Bu, kadrlarda açıq sezilir. Belə ki, ilkin olaraq video görüntünün birinci saniyəsində (şəkil 1) düşmən mövqelərindən atılan mərmilər 07-13 saniyəsində yaşayış məntəqəsinin yuxarı istiqamətində partlayır.

DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)


Düşmən görüntülərdə dərhal diqqəti yayındırmaq üçün “atəş nöqtələrinə” zərbə vurulduğunu bildirir. Halbuki, həmin istiqamətdə mülki əhalinin yaşayış məntəqəsi yerləşir. Ona görə də, videonun 2-ci, 3-cü saniyələrində atəşdən sonra mülki geyimli şəxslərin ərazidən uzaqlaşması görünür. Məntəqəni ətrafında peyin tayası da oranın yaşayış obyekti olmasını təsdiqləyir. Ərazi vurularkən, 12-ci saniyədə yenə də atəşin icində qaçan mülki sakin (şəkil 3) görürük.

Göründüyü kimi, düşmən yaşayış məntəqələrimizi “hərbi obyekt” kimi təqdim edir. 25 və 26-cı saniyədə ərazinin bombalanması nəticəsində nədənsə vurulmayan məntəqə (şəkil 4) 37-ci saniyədə vurulur (şəkil 5) və dərhal “partlayış” tüstü ilə əvəz edilir.
DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)


Yaşayış məntəqəsini “Radioelektron vasitələrlə mübarizə və rabitə idarəetmə qovşağı” kimi təqdim edən düşmən vurulan məntəqənin fotosunu (foto videoya əlavədir) yayımlayarkən kabel yanğını və daha böyük partlayışdan danışır. Halbuki, videoda geniş yanğının olmadığı aşkar görünür (şəkil 5-dən 6-ya keçidi, 37-38-ci saniyələri diqqətlə izlə).

Videonun bu hissəsini izləyərkən konkret nəticəyə gəlmək olar ki, həmin ərazi düşmənin iddia etdiyi kimi “Radioelektron və rabitə idarəetmə qovşağı” deyil. Yoxsa, həmin qurğulara sahib sistem daha böyük yanğın çıxarar və ən azından yanğın uzun müddət çəkərdi. Pilotsuz uçuş aparatı ilə yuxarıdan çəkilən montajlanmış görüntülər də bunu təsdiq edir.
DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)



Düşmən daha sonra daxili auditoriyaya məhv edilmiş zenit-raket komplekslərinin əvəzində, guya bölmələrimizə məxsus “OSA” ZRK-nın vurulmasını göstərməyə cəhd edir. Yenə də eyni ssenari təkrarlanır. Obyektin qarşısına düşən mərmi onu zədələmir (şəkil 8), daha sonra həmin obyektin partladılması (şəkil 9) göstərilir. Ardınca daha maraqlı bir hal müşahidə edirirk. “Maskalanmış texnika”nın üzərindəki örtük yanmır (şəkil 10)

DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)


Təsəvvür edək ki, hansısa möcüzə nəticəsində yanmayan bu örtüyün altında həqiqətən Zenit Raket Kompleksi var. Amma aşağıdakı foto yuxarıda göstərilən kadrlarla tamamilə ziddir və video görüntülərin təxribat məqsədilə hazırlanığını aşkar ortaya çıxarır. Bu “geniş partlayış” görüntüləri videonun daxilinə foto kadr olaraq yerləşdirilib, yəni sonradan hazırlanıb.
DÜŞMƏNİN MONTAJ ƏMƏLİYYATI – Vurulan mülki obyektdir (TƏHLİL)



Yəni düşmən təxribat məqsədilə hazırladığı bu görüntülərlə özünü ifşa edir. Faktik olaraq, yaşayış məntəqələrimizin vurulması və mülki sakinlərin hədəfə alınması isə Azərbaycan ordusuna növbəti cavab zərbələrini üçün əsas qazandırır.

Emtv.az





OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR