SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NÜVƏ SİLAHI, SUALTI QAYIQLAR, RAKETLƏR – Rusiya ABŞ-a qarşı durmaq niyyətindədir

17-05-2017, 14:28 | Oxunub: 7 731 |

NÜVƏ SİLAHI, SUALTI QAYIQLAR, RAKETLƏR – Rusiya ABŞ-a qarşı durmaq niyyətindədir
ABŞ müdafiə nazirliyi öz ordusunun potensial rəqiblər üzərindəki texnoloji üstünlüyünü qorumaq məqsədiylə “Üçüncü kompensasiya strategiyası”ı üzrə proqramın həyata keçirilməsinə başlayıb. Lakin bir sıra səbəblərə görə, bu strategiya öncəki iki strategiyadan fərqlənir. Hətta “kompensasiya” sözünün özü, bəlkə də tam mənası ilə düzgün deyil.

Bundan öncəki iki strategiya Avropa Hərbi Teatrında SSRİ-nin adi silahlarının sayının üstünlüyünü “kompensasiya” etməyə yönəlmişdi.

Birinci kompensasiya strategiyası qarşıda dayanan problemi ABŞ-ın nüvə potensialı vasitəsilə həll edirdi. İkinci kompensasiya strategiyası isə, informasiya texnologiyalarının inkişafı sayəsində meydana çıxan yüksək dəqiqlikli silahların köməyi ilə həyata keçirilirdi. İndi isə artıq Amerikanın özü say çoxluğuna istinad etməklə üstünlük əldə edə bilər.

Pentaqonun “üçüncü kompensasiya strategiyası”na cavab kimi Rusiya öz qarşısına prioritet tapşırıq olaraq, taktiki və strateji nüvə silahlarının hazırlanmasını qoyub.

Bu barədəki məlumatlar “Sinqapur Beynəlxalq Araşdırmalar Məktəbi”nin nəzdindəki “Müdafiə və Strateji Araşdırmalar İnstitutu”nun (İnstitut of Defence and Strategic Studies) tərtib etdiyi məruzədə yer alır.
Hərçənd ki, Kreml adi silahlar yarışının güclənməsi şəraitində əsas diqqətini nüvə silahlarının yeni nümunələrinin yaradılmasına ayırır, amma Moskva həmçinin kiçik irəliləyişlərlə olsa da, hərbi innovasiya istiqamətində də işlər görür.


“İnstitut of Defence Strategic Studies” professoru Maykl Raska və Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun aparıcı elmi əməkdaşı Vasiliy Kaşin yazırlar: ”Rusiyanın amerikanların bu təşəbbüsünə qarşı nəzərdə tutulmuş cavabı, iki əsas elementdən ibarətdir. Birinci element – Birinci kompensasiya strategiyasının köməyi ilə amerikanların üçüncü kompensasiya strategiyasına qarşı dayanmaqdır. Müasir nüvə arsenalına malik olan Rusiya, həmçinin adi silahlar sahəsində də, ABŞ, NATO və Çinin innovasiyalarına effektiv şəkildə qarşı dura bilər.

İkinci element – Hazırkı strategiya hədsiz ambisiyalıdır və böyük texniki risklər daşıyır. Rusiya ABŞ-ın bir çox texniki təşəbbüslərinə qarşı nisbətən kiçik miqyasda və həm də ixtisaslaşmış dar sahələr üzrə analoji tarazlıq yaratmağa başlayıb. Rusiya Amerikanın Avropada yerləşdirilmiş raket əleyhinə sistemlərinə qarşı tarazlıq yaratmaq məqsədiylə bir sıra proqram reallaşdıraraq, öz nüvə arsenalının geniş modernləşdirilməsini aparır. Rusiya yeni qitələrarası “RS-Yars” raketini və “955 Borey” layihəsindən olan “Bulava” raketlərini döyüş cərgəsinə qoşmağa hazırlaşır. Bununla yanaşı Rusiya eyni zamanda minimum olaraq, Qitələrarası Ballistik Raketlərin (QBR) yeni ailəsini hazırlayır. Bunlar “Sarmat” (RS-28) ağır bərk yanacaqlı Qitələrarası Ballistik Raketi və bərk yanacaqla işləyən mobil “Rubej” (RS-26) raket kompleksləridir. Həmin sistemlər Amerikanın Avropadakı raket əleyhinə perspektiv qalxanının məhv edilməsi üçün nəzərdə tutulur. Həmçinin, Rusiya öz QBR-i üçün səsdən iti uçan (hipersəs) başlıq hissəsi yaradır. Digər tərəfdən strateji bombardmançı “Tu-160” təyyarəsinin modernləşmiş versiyasının yaradılması yolunda iri miqyaslı proqram üzərində işlənilir. Moskva, istənilən potensial təhlükəyə ciddi yanaşır və ona görə də, Rusiya nüvə gücünün effektivliyinin azalmasına qarşı ləngimədən tədbirlər görür.

Bunlara əlavə olaraq, Rusiya özünün taktiki nüvə güclərini də modernləşdirir. Bu güclərin tərkibinə qısa mənzilli ballistik raketlər, qanadlı raketlər və nüvə başlıqlı zenit raketləri daxildir. Qısaca olaraq onu söyləmək olar ki, Rusiyanın proqramı nüvə güclərinin silahlandırılmasına hədəflənib və indi onlar irəliyə doğru getmə mərhələsindədir.
Bütün bunlarla yanaşı Rusiya adi silahlardan imtina etməyib və ABŞ-ın üçüncü kompensasiya strategiyasına cavab olaraq, bu istiqamətdə öz araşdırmalarını aparır. Lakin bu cür fəaliyyətin miqyası resurs çatışmamazlığı üzündən məhdud səviyyədədir. Rusiya texnologiyası bəzi sahələr üzrə hələlik başlanğıc mərhələsindədir”.


Amma digər istiqamətlərdə, məsələn relstron (elektron topu), hipersəs uçan aparatlar, sualtı aparatların hazırlanması istiqamətində uğurlu işlər görürlər.
Uzunmüddətli perspektivdə ruslar imkanlarını aşağdakı texinikaların yaradılmasına yönəldəcəklər:

- Uzaqdan idarə olunan robotlaşmış sistemlər, quru qoşunları üçün kəşfiyyat maşınları və həmçinin də arxa cəbhənin təmin edilməsində istifadə olunacaq nəqliyyat vasitələri.

- Radioelektron mübarizə sistemlərinin yeni nəsli və daha təkmilləşmiş kiber müharibə aparma vasitələri.

- Döyüş meydanında, internet daxil olmaqla, qabaqcıl idarəedici sistemlərin daxil edilməsi.

- Müasir hava hücumundan və raket əleyhinə müdafiə kompleksi.

- Peyk əleyhinə mübarizə sistemləri.

- Lokal münaqişələrdəki itkiləri əhəmiyyətli dərəcədə aşağı salan yeni nəsil yaxşı qorunan zirehli maşınlar.

- Qərbin beşinci nəsil təyyarələrinə qarşı dura biləcək müasir təyyarələr.

- Gələcəyin sistemləri olacaq hava hücumundan və raket əleyhinə əsas hədəf vuran vasitə olacaq hipersəs silahları.


Beləliklə, Rusiya Qərb rəqiblərini üstünlükdən məhrum edə bilər.

Müəlliflər daha sonra yazırlar ki, Rusiya müdafiə siyasətindəki fərqləri anlamaq üçün bu ölkənin aparıcı KİV-lərinin Qərb və Rusiyanın real müdafiə siyasəti barəsindəki vəziyyəti necə təsvir etməsinə də diqqət çəkmək lazımdır.
Həqiqətən də gələcək Rusiya ordusunun sifətini və onun ölkə ətrafındakı strateji xüsusiyyət balansını müəyyənləşdirən hərbi texnologiya və hərbi tikinti proqramları demək olar ki, heç zaman gizli deyil. Çünki bütün bunların hamısı Rusiya hərbi komandanlığının bəyanatlarında və rus ekspertlərinin tez-tez çıxış etdiyi peşəkar nəşrlərdə çox müfəssəl şəkildə təsvir edilir.


Ancaq Rusiyanın aparıcı KİV-ləri bu cür proqramlara nadir hallarda diqqət ayırırlar. Bunun əvəzinə isə səs-küylü, lakin reallığa uyğun olmayan silahların yaradılması konsepsiyalarından yazmağa adət ediblər. Rusiya jurnalistikasında olduğu kimi, Qərbdə də ciddi yazılara əhəmiyyət verilmir və daha çox bütün cəbhələrdə ABŞ və Qərbə meydan oxuyan, güclənən dünya nəhəngi – Rusiyanın “məharətlərinə” üstünlük verirlər.

Ümumi yekunda belə söyləmək olar ki, Kreml Rusiyanın texniki və material imkanlarını diqqətə alaraq, məntiqi strategiya həyata keçirir.

(The National İnterest-ABŞ)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR