SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Hamı Həzrəti Əli olmur ki!..” - Siyavuş Novruzov

17-05-2017, 13:33 | Oxunub: 10 455 |

“Hamı Həzrəti Əli olmur ki!..” - Siyavuş Novruzov
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncama münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib ki, AXC ilə bağlı istər mərhum eks-prezident Heydər Əliyev, istərsə də hazırki ölkə başçısı İlham Əliyev tərəfindən mütəmadi şəkildə sərəncamlar verilib. Onun sözlərinə görə AXC qurucularının adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılıb və bu proses indi də davam edir.

Komitə sədri özünü AXC varisi adlandıran müxalifət partiyalarını da tənqid edib. “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qurduğu dövlətdir. Hansısa 3-5 adamın sonradan özünü bu dövlətin varisi adlandırması gülüş doğurur. Bunlara notariat qaydasında vəkalət verilib ki, AXC-dən sonra onlar olacaq?!

İndi çox insana Əli adı qoyulur. Bununla hamı Həzrəti Əli olmur ki! Və ya deyirik ki, kimsə atasının gözünü çıxartdı ki, ona “Koroğlu” desinlər. Hamı isə başladı ona “korun oğlu” deməyə.

Bu müxalifət də belədir. Adını Müsavat qoymaqla həminki Cümhuriyyət və ya əvvəlki Müsavat olmur.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi mövcud Azərbaycan dövlətidir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının sərvətidir. Buna görə də heç kəs, bunu öz adına yaza bilməz. Buna nə mənəvi, nə hüquqi haqqı var”.

YAP funksioneri bildirib ki, AXC qurucularının adlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.

“İstər rayonlarda, istərsə də, Bakı şəhərində abidə qoyulub. Elmlər Akademiyasının Rəyasət Heyətinin binası qarşısında Xalq Cümhuriyyəti ilə bağlı abidə qoyulub. O cümlədən də, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının adlarının əbədiləşdirilməsi və onlara xatirə kompleksinin yaradılması ilə əlaqədar cənab prezidentin sərəncamı var. Bu sərəncama uyğun olaraq, müsabiqə elan edilib.
Müsabiqələrdə işlənən layihələr hazırlanıb təqdim edildikdən sonra Bakının ən görkəmli yerlərinin birində Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları üçün abidə kompleksi qoyulacaq”.


Bakı Dövlət Universitetinə yenidən Məhəmməd Əmin Rəsulzadənin adının verilməsinə gəlincə, Siyavuş Novruzov qeyd edib: “Bilirsiniz ki, bir zamanlar, SSRİ vaxtında ali məktəblərə tarixdə iz qoymuş şəxslərin adı verilirdi. Sonradan isə bu adlar götürüldü və ali məktəblər öz adı ilə adlanmağa başladı. Bu adların götürülməsi ilə bir bərabərlik yarandı. Bu cür daha doğrudur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR