SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir

17-05-2017, 12:38 | Oxunub: 10 692 |

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir
Məmmədovlar klanı “son qala”nı təhvil vermək üzrə; 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan Məmmədovların sayəsində nazir postuna yiyələnmişdi; Kənd Təsərrüfatı Nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi müzakirə olunur

Bu ilin fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov ətrafında proseslər son günlər yenidən fəallaşıb. Keçmiş nəqliyyat nazirinin özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətində olduğu xəbərlərini nə nazir, nə də onun yaxın ətrafı təkzib etməyib.


Bir neçə gün əvvəl isə Bakı Beynəlxalq Avtovağzalı Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu, bir daha təsdiqləyir ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri sürətlə itirmək təhlükəsi ilə üzləşiblər.


Z.Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı işlərini buraxaraq birdəfəlik Londona yerləşdiyi və ölkəyə qayıtmaq niyyətinin olmadığı deyilir. Doğrudur, belə xəbərlər də tirajlanıb ki, tezliklə “Garant-Holdinq”in başına Z.Məmmədov özü keçəcək və şirkətlər qrupu əvvəlki nüfuzunu bərpa edəcək. Amma bu xəbərlər gerçəklikdən daha çox “hələ təslim olmamışıq” mesajına bənzəyir. Çünki gələn xəbərlər onu deməyə əsas verir ki, tezliklə nazirin qudası - kənd təsərrüfatı naziri Heydər Əsədov da hakimiyyətdəki postu ilə vidalaşmalı olacaq.

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir


Məlumdur ki, 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan qudası Z.Məmmədovun sayəsində nazir postuna yiyələnmişdi. Bu təyinat Məmmədovların gücünə əlavə güc də qatmışdı. Amma prezident İlham Əliyevin prioritet sahə hesab etdiyi kənd təsərrüfatını H.Əsədov dirçəldə bilmədi. Onun rəhbərliyi dövründə də torpaqlardan istifadədə hökumət istədiyi nəticəni görə bilmədi, nazirliyə isə rüşvət ittihamları daha da artdı. Təsadüfi deyil ki, ötən ay pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində H.Əsədova söz belə verilmədi. Bu isə diqqətdən qaçmadı və “H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq” iddialarını artırdı.

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir



Bildirilir ki, struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur. Bildirilir ki, ləğv ediləcək nazirliklərin və ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilərək bunun bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək. Bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir.

Başqa bir mənbə isə mətbuata deyib ki, H.Əsədovun rəhbərlik etdiyi nazirliyin İqtisadiyyat Nazirliyinə birləşdirilə biləcəyi daha realdır. Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir. Əsas arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir. İddia olunur ki, hazırda iqtisadiyyatın əsas ağırlığı iqtisadiyyat naziri Şahin Mustafayevin üzərinə qoyulub və bu səbəbdən də nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi daha uyğun variant ola bilər. İqtidarın da qeyri-neft sektorunun inkişafında Şahin Mustafayevə daha çox etimad göstərdiyi söylənilir.

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir



H.Əsədov Məmmədovların iqtidardakı “son qalası” hesab olunurdu və gələn xəbərlər belə deməyə əsas verir ki, artıq onu da itirməklə üz-üzədirlər. Maraqlıdır ki, bu arada nazirin Londonda oxuyan oğlunun Britaniya paytaxtının küçələrində “Porsche” maşını ilə “at oynatdığı” xəbərləri də yayılıb.

Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR