SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ƏLİLİN HAQQINI YEYƏN Xocasənin bələdiyyə sədrini sizdə taniyin-ŞİKAYƏT

16-05-2017, 12:40 | Oxunub: 11 059 |

ƏLİLİN HAQQINI YEYƏN Xocasənin bələdiyyə sədrini sizdə taniyin-ŞİKAYƏT
Emtv.az dia.az-a istinadən xəbər verir ki, mətbuata müraciət edən 3-cü qrup əlil Qədirov Səyyad Arif oğlu Xocəsən bələdiyyəsinin sədrindən giley edir. Narazı vətəndaşın mətbuata söylədikləri:

“Bu gün hər kəs çətinliklə dolanır. Eləcə də mən. 3-cü qrup əliləm və qəzet yayımı sahəsində çalışıram. 11 il əvvəl birtəhər imkan edib Sulutəpədə Xocasən bələdiyyəsinin binasından 300-400 metr yuxarı məsafədə torpaq sahəsi aldım. Amma həmin ərəfədə torpaq shaəsi neftli əraziyə düşdüyündən heç cürə nə sənəd ala bildim, nə də hansısa inşaat işlərini həyata keçirməyimə imkan verdilər.
Yalnız bir neçə il əvvəl ora daş tökdüm, amma həmin zaman da o vaxtkı bələdiyyə sədri mənim yerimi satmağa qalxdı, arada mübahisə yarandı. Sonradan mətbuata müraciət etdiyimdən bələdiyyə sədri geri çəkildi və mənə yaxşılıq olsun, məni razı salsın deyə öz daşlarımdan hasar hördürdü. Şünki onun bu hərəkətindən baş prokurorluğa şikayət edəcəyimi demişdim”.


Daha sonra narazı vətəndaş bildirir: “İndi isə Samir adlı birisi meydana çıxaraq Xocasən bələdiyyəsinin sədri Anar müəllimlə əlbir olub mənim torpağımı ələ keçriməyə çalışır. Hətta ortaya saxta sənədlər də çıxarıb ki, bu saxta sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları araşdırsa, təkcə Samir yox, elə Anar müəllimin özü də hüquq-mühafizə orqanları qarşısında dayanmalı olacaq. Bunu artıq onlara demişəm”.

Torpağını əlindən almaq istəyənlərlə bağlı daha geniş faktları təqdim edəcəyini bildirən 3-cü qrup əlil vətəndaşımız onu da bildirir ki, hətta bu gün həmin torpaq sahəsinin yanında ev tikən digər sakinlər də ərazinin sahibi kimi hansısa Samiri və yaxud da bir başqasını yox, məhz onu tanıyırlar: “Mən nə edə bilərdim ki, həmin aman neftli torpağa sənəd verilmirdi. Bu adam isə giya o zaman sənəd alıb. Gözünün işinə qədər yalan danışır və maləsəf ki, bu yalana da bələdiyyə sədri də şəriklik edir. Mənim isə şahidlərim qonşulardır və mən də onların imzaları ilə haqqımı təsdiqlədib təqdim edirəm. İnanıram ki, Binəqədi rayon icra başçısının bu özbaşınalıqdan xəbəri yoxdur və mənim torpağımı zəbt etmək istəyənləri icra başçısı Xaləddin müəllim durduracaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR