SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Qərar səhvdir, onlar Putini dəstəkləyiblər…” - Markov

16-05-2017, 11:19 | Oxunub: 8 794 |

“Qərar səhvdir, onlar Putini dəstəkləyiblər…” - Markov
“ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacaq”

“Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq”.

Bu sözləri tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

O bildirib ki, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir: “Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də, Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycan Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır”.

Politoloq ÜAK-ın qeydiyyatının ləğv edilməsinin mümkün səbəblərinə də toxunub: “Bunlardan birincisi ÜAK-ın sənədlərində olan problemlərdir. Hansı ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasında öz əksini tapıb. İkinci səbəb diaspor daxilində baş verən proseslərdir. Üçüncü səbəb isə ÜAK-ın kimin patronajlığı altında olmasıdır. Məncə, Bakı və Moskva bu məsələdə pariteti saxlamalıdır. Ən mühüm mümkün səbəb isə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər”.

Ekspert Konqresin ləğvini böyük səhv adlandırıb: “Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər”.

S. Markov Moskvanın bu istiqamətdə bundan sonra hansı addımları atacağını güman etməyin çətin olduğunu söyləyib: “Çünki siyasi proses qapalı şəkildə gedir. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR