SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DTX-nın İDARƏ RƏİSLƏRİ MTN-dən ÇIXARILAN MİLYONLARDAN DANIŞIB - “Nazirin imzası ilə…”

15-05-2017, 10:28 | Oxunub: 8 939 |

DTX-nın İDARƏ RƏİSLƏRİ MTN-dən ÇIXARILAN MİLYONLARDAN DANIŞIB - “Nazirin imzası ilə…”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini DTX-da davam etdirən zabitlər dövlət büdcəsindən mənimsənilən məbləğlərlə bağlı verdikləri ifadələr məlum olub.

Onlar MTN-in dövründə əməliyyatlara, agentlərə verilməsi adı ilə mənimsənilən 7,6 milyon manat, 1,8 milyon dolları və 407 min avronun kassadan necə çıxarılmasından danışıblar.

Cinayət işi üzə şahid qismində dindirilən Elmar Mehdiyev MTN-in Maliyyə İdarəsinin Xüsusi xərclər şöbəsinin rəisi işləyib, hazırda DTX-nın Maliyyə İdarəsinin Xüsusi xərclər şöbəsinin rəisidir. O bildirib ki, MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin Maliyyə İdarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilmiş raportlarla verilib. Həmin raportlar da sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin göstərişi ilə həyata keçirilib.

E. Mehdiyev istintaqa 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avronun kassadan götürülməsi barədə kassa məxaric orderlərə və raportlara baxaraq təsdiq edib ki, bu məbləğlər nağd qaydada Maliyyə İdarəsindən verilib: “Pulların hara xərclənməsi haqda heç bir məlumatım yoxdur, çünki həmin vəsaitlərin hara xərclənməsinə və ya kiməsə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırlar”.

Bu iş üzrə şahid qismində Maliyyə İdarəsinin rəisi olmuş və hazırda DTX-nın Maliyyə İdarəsinin rəisi olan Rəşad Hüseynov da dindirilib. O bildirib ki, MTN-də bir qayda olaraq, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarda sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilib.

R. Hüseynov ifadəsində istintaqın qeyd etdiyi məbləğdə pulun Maliyyə idarəsinin kassasından E. Quliyevin imzası əks olunmuş raportlar əsasında həmin idarənin müxtəlif əməkdaşları tərəfindən nağd şəkildə götürüldüyünü təsdiqləyib: “Amma pulların hara və kimə xərclənməsi barədə məlumatım yoxdur”.

DTX-nın Maliyyə idarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva ifadəsində bildirib ki, ləğv edilmiş MTN-nin xəzinədarı kimi vəzifəsi daxil edilmiş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub. N. Ağayeva da digər DTX əməkdaşları kimi ləğv edilmiş MTN-in Maliyyə idarəsinin kassasından general E. Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.

İttiham aktına əsasən, DTX-dan istintaqa bununla bağlı arayış təqdim edilib. Arayış və ona əlavə edilmiş məlumatlardan görünür ki, 2011-2015-ci illərdə əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə xüsusi xərclər smetasından ayrılaraq, keçmiş MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Maliyyə idarəsinin kassasından götürülmüş pullardan 6 milyon 363 min 900 manat, 1 milyon 712 min 500 ABŞ dolları və 32 min 800 avro Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiqlənib, “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələbləri pozularaq bir sıra hallarda heç bir sənədləşdirmə aparılmadan təyinatı üzrə xərclənməməsi xidməti yoxlama zamanı təsdiq edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR