29 in 15:38Oxunub: 424 |

Həmyerlimiz Ukraynada minaya düşdü

Həmyerlimiz Ukraynada minaya düşdü
Ukraynanın Donetsk vilayətində yaşayan azərbaycanlı iş adamı tərəvəzlə yüklü iki avtomobili ilə Rusiyaya keçərkən minaya düşüb.

“EMTV.az” apa-ya istinadən xəbər verir ki, Donetsk Vilayəti Azərbaycanlıları Konqresindən məlumata görə, nəticədə biznesmen və avtomobillərin sürücüləri (yerli sakinlər) ağır yaralanıblar.

Məlum olub ki, iş adamı əslən Gürcüstandan olan, 56 yaşlı Ukrayna vətəndaşı Səlmidar Quliyevdir.

Pomidor və xiyarla yüklü maşınlar iyunun 26-da Ukraynanın Donetsk vilayətinin Rusiya sərhədinə yaxın ərazidə minaya düşüb. Hər iki ayağından ağır yaralanan iş adamı hazırda Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Konqresdən bildirilib ki, son vaxtlar Ukraynadan ticarət məqsədi ilə Rusiya istiqamətində hərəkət edən yük maşınlarının minaya düşməsi halları artıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə