SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“ABŞ Ermənistana maliyyə yardımını dayandırmalıdır” – “Washington Examiner”

10-05-2017, 11:26 | Oxunub: 7 489 |

“ABŞ Ermənistana maliyyə yardımını dayandırmalıdır” – “Washington Examiner”
Ermənipərəst lobbinin fəaliyyəti ABŞ-ın maraqlarına ziddir.

Bu barədə İsrailin Begin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murinsonun “Washington Examiner” nəşrində dərc olunan məqaləsində deyilir.

“Ermənistanın Rusiya ilə dərinləşən hərbi alyansı NATO üçün birbaşa təhlükə yaradır”, – müəllif bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yaxın müttəfiqlərinə – Türkiyə, Azərbaycan və İsrailə birbaşa təhdid olan Rusiyanın istehsalı olan “İsgəndər” raket sistemlərinin Ermənistanda quraşdırılması regionda hərbi balansı dəyişib.

“Belə addımlar ABŞ Konqresi və prezident Baraka Obama administrasiyası tərəfindən təsdiq edilmiş Ermənistana maliyyə dəstəyinin davam etdirilməsi ilə kəskin uyğunsuzluq yaradır. ABŞ-da Ermənistanın adından əsas lobbiçilik fəaliyyəti ilə erməni kokusu məşğul olur. Bura respublikaçılar Frenk Pallone, Ceki Speyer, Devid Trott və Devid Valadao daxildir” – məqalədə qeyd edilib.
O, həmçinin əlavə edib ki, Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı üzrə 600 min dollar, Xarici Hərbi Maliyyə (EMF) proqramı üzrə isə 1,7 milyon dolları məbləğində maliyyə yardımının ayrılması kontekstində Obama administrasiyası ABŞ üçün strateji əhəmiyyətli Xəzər regionunda Birləşmiş Ştatların tərəfdaşı olan Azərbaycana qarşı “paritet siyasət”in davam etdirilməsini təsdiq edib.

“Bununla bərabər, USAİD hər il Azərbaycanın suveren ərazisi olan, amma Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa 2 milyon dollar ayırır”, – müəllif qeyd edib.

“Ermənistan və Rusiya arasında hərbi ittifaqın güclənməsi fonunda onların ehtiyaclarının dəstəklənməsinə davam edilməsi sual altına salınmalı və mühakimə edilməlidir”, – A.Murinson yazıb. O bildirib ki, Ermənistan Milli Amerika Komitəsi kimi erməni siyasi təşkilatları Rusiya maraqlarının daşıyıcılarıdır.

Bu baxımdan, A.Murinson erməni kokusuna töhmət verilməsini və Ermənistana maliyyə yardımının dayandırılmasını məsləhət görür.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR