SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Heydər Əliyev ideyalarının işığında özünün yeni inkişaf mərhələsini yaşayır

6-05-2017, 10:18 | Oxunub: 7 618 |

Naxçıvan Heydər Əliyev ideyalarının işığında özünün yeni inkişaf mərhələsini yaşayır
Müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan ulu öndər Heydər Əliyevin xalqımız və ölkəmiz üçün gördüyü işlər, əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının keçirdiyi tədbirdə səsləndirilib. Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxışında qeyd edib ki, xalqımızın iftixarı, bütün dünya azərbaycanlılarının ümummilli liderinə və inam mənbəyinə çevrilmiş ulu öndər Heydər Əliyevin ideyaları və əməlləri qəlbimizdə yaşayır və daim yaşayacaq. Görkəmli dövlət xadiminin siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib. Müasir Azərbaycan tarixini ümummilli lider Heydər Əliyevin çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Cabbarov, Yengicə kənd tam orta məktəbinin direktoru Elmira Rzayeva və kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Cavadov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Ümummilli lider müasir dövrümüzdə Azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, yüksəlişi, xalqın milli və mənəvi tərəqqisi, Azərbaycan səhiyyəsinin, təhsilinin inkişafı, qadınların və gənclərin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirakının təminatçısı kimi möhtəşəm işlər görüb. Ölkə həyatının bütün sahələrinin - iqtisadiyyatın, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın inkişafı, taleyüklü islahatlar onun adı ilə bağlıdır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyev ideyalarının işığında özünün yeni inkişaf mərhələsini yaşayır. Bu gün Naxçıvan geniş quruculuq meydanını xatırladır. İqtisadi yüksəliş, çoxşaxəli dinamik inkişaf Azərbaycanımızın bu qədim diyarına aydan-aya, ildən-ilə yeniliklər gətirir. Təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində davamlı islahatlar həyata keçirilir. Hər il yeni məktəb, xəstəxana binaları, mədəniyyət müəssisələri, həkim ambulatoriyaları və tibb məntəqələri, müasir idman qurğuları istifadəyə verilir. Dövlət gənclər və qadın siyasəti öz uğurlu nəticələrini göstərir. Bütün bunlar Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu siyasətin davam etdirilməsinin, bu yola sədaqətin əyani təsdiqidir.
Tədbirdə şagirdlər ümummilli liderə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan bir neçə gəncə üzvlük vəsiqələri təqdim edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR