05 may 12:21Oxunub: 206 |

Biznesmenin adam öldürən 14 yaşlı oğlu azadlığa buraxıldı– MÜSTƏNTİQDƏN AÇIQLAMA

Biznesmenin adam öldürən 14 yaşlı oğlu azadlığa buraxıldı– MÜSTƏNTİQDƏN AÇIQLAMA
Bakıda 14 yaşlı biznesmen oğlu Ağaəli Fərəcovun “Porşe” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi barədə xəbər vermişdik.
Emtv.az xəbər verir ki, işin istintaqını aparan müstəntiq Elnur Həsənli unikal.org-a danışıb. O, bildirib ki, Ağaəli Fərəcov yetkinlik yaşına çatmadığı üçün dindirələrək buraxılıb:

“Hələlik Xəyalə Məmmədovanın meyiti morqda daxili ekspertiza olunduğu üçün ailəsinə təhvil verilməyib. Mərhumun ailəsi (həyat yoldaşı və anası) və qohumları da oradadır. X.Məmmədovanın dəfni üçün hazırlıq görülür. Yol nəqliyyat hadisəsi ilə bağlı istintaq gedir. Hadisənin törədilmə şəraiti səbəbi və digər məsələlər araşdırılır. Vuran şəxs dindilrilib. Yetkinlik yaşına çatmadığı üçün buraxılıb”.

Müstəntiq A.Fərəcovun cərimə olunmasına gəlincə, bildirib ki, bunu istintaq göstərəcək: “Araşdırma başa çatdıqdan sonra detallar bəli olacaq”.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5437
XƏBƏR LENTİ

Reklam
Məzənnə