29 in 12:24Oxunub: 876 |

Yuxuda arvadının xəyanət etdiyi görüb onu öldürdü

Yuxuda arvadının xəyanət etdiyi görüb onu öldürdü
Bakı Apellyasiya Məhkəməsində Pirallahı rayon sakini Aydın Məmmədovun xüsusi amansızlıqla qəsdən adam öldürmə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
"EMTV.az" oxu.az-a istinadən xəbər verir ki, ötən il avqustun 12-də Aydın Məmmədov yaşadığı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq ona əvvəlcədən əl və ayaq zərbələri endirib, sonra isə mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürüb və sonra intihar etməyə cəhd göstərib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Aydın Məmmədov elan olunmuş ittihamla özünü qismən təqsirli hesab etməklə, Elnarə ilə 2007-ci ildə evləndiyini, birgə nikahdan iki övladı olduğunu göstərib.
O, balıqçılıq təsərrüfatı ilə məşğul olduğunu, arvadının isə uşaq bağçasında tərbiyəçi işlədiyini bildirib. 2013-cü ilin mart ayında yuxuda Elnarənin qəsəbədə yaşayan Azər adlı şəxslə əlaqədə olduğunu görən Aydın fikirləşib ki, əgər bunu yuxuda görübsə, deməli, onların arasında doğrudan nəsə var. O vaxtdan Elnarədən şübhələnməyə başlayıb, dəfələrlə arvadını izləsə də, onu Azərlə tuta bilməyib. Həmin şübhələrə görə münasibətləri soyuyub, tez-tez mübahisələr baş verib.
Hər dəfə Elnarəyə, onun Azərlə əlaqədə olduğunu deyəndə, sonuncu ona böhtan atdığını bildirib. Əvvəl namaz qılan Məmmədov içkiyə qurşanıb, Elnarəni dəfələrlə döydüyü üçün yoldaşı küsüb, bacısıgilə gedib və baş verənlərlə bağlı Pirallahı RPŞ-nə şikayət edib. Avqust ayının 12-də axşam arvadı işdən gələndən sonra mübahisələri düşüb, Elnarə artıq bezdiyini, təkbaşına evi dolandıra bilmədiyini söyləyib, o isə yaxın günlərdə işə düzələcəyini vəd edib.
Sonra mübahisənin stressindən çıxmaq üçün mağazadan bir şüşə araq alıb, geri qayıdanda arvadının artıq yatdığını görüb. Özünə yemək qızdırıb, tək oturub mətbəxdə içib. Elnarənin dediyi sözləri xatırlayan Aydın sərxoş vəziyyətdə əlində bıçaqla yataq otağına keçib. Arvadını yuxudan oyadaraq saçından yapışıb və çarpayıdan yerə salaraq, zərbələr vurmağa başlayıb. Elnarə qana bulaşmış vəziyyətdə mətbəxə doğru qaçmaq istədikdə, ona çatıb, saçından tutub və növbəti bıçaq zərbələri ilə onu qətlə yetirib. Hadisədən sonra o qapını açıb, binanın çardağına çıxıb, özünü atmaq qərarına gəlib. Lakin səsə çıxan qonşusu ona dama çıxmağa imkan verməyib. Daha sonra isə onu polis əməkdaşları tutaraq, istintaqa təqdim ediblər.
Zərərçəkmişin hüquqi varisi Vasif İsrafilli bacısının həyat yoldaşı Aydın Məmmədovun yalan danışmağı sevən, səbəbsiz yerə mübahisə yaradan adam olduğunu bildirib. O, təqsirləndirilən şəxsin Elnarə barədə dediklərini yalan və bacısının ailəsinə sadiq qadın olduğunu qeyd edib.
Şahid qismində ifadə verən Azər Zeynalov Aydın Məmmədovun yuxuda arvadını ona qısqandığından ümumiyyətlə xəbərsiz olduğunu bildirməklə, bunu yalan və böhtan adlandırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə