04 in 14:53Oxunub: 763 |

"Atam heç vaxt səhv etmir" - Leyla Əliyeva

"Atam heç vaxt səhv etmir" - Leyla Əliyeva
"Mən hər zaman atamın məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva deyib.

O adını daşıyan İnstagram səhifəsində hər zaman atasının fikirlərinə qulaq asdığını qeyd edib.

"Bu, mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu, həqiqətən belədir! Bu, sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun – "Bunu belə etməlisən” deməsini eşitməmişəm. O, sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunun onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar".

Dövlət başçısının qızı qeyd edib ki, bütün işlərində onunla məsləhətləşir. "Bura həm Heydər Əliyev Fondu, həm də ekologiya sahəsi, həm də "Baku” jurnalı ilə bağlı gördüyüm işlər daxildir”.(Anspress)

"Atam heç vaxt səhv etmir" - Leyla Əliyeva
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5436
XƏBƏR LENTİ

Reklam
Məzənnə