SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Aleksandr Duqin: “Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək”

2-05-2017, 13:37 | Oxunub: 8 004 |

Aleksandr Duqin: “Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək”
“Amerikalılar Qarabağda müharibəni alovlandırmaq istəyirlər, çünki bunun nəticəsində Rusiya zərər çəkə bilər”.

Bu barədə Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyib.
Rusiya prezidenti Vladimir Putinin “danışan dili” adlandırılan Duqinin sözlərinə görə, Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək: “Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir”.

Duqin dolayısı ilə Kremlin Qarabağla bağlı mövqeyini ifadə edib. “Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”, – o bildirib. Kremlin ideoloqu Rusiyanın öz sülhməramlılarını Qarabağa daxil etmək planının olmadığını deyib. Lakin əlavə edib ki, lazım olacaqsa, biz bunu edəcəyik.

“Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”, – Duqin vurğulayıb.

Rusiya paytaxtındakı görüşün detalları məlum olmadığı üçün bir sıra maraqlı iddialar da ortaya çıxmaqdadır. “Azərbaycan Moskva görüşünə təşəbbüs edərək, aydınlaşdırmaq istədi ki, Ermənistan əraziləri qaytarmağa hazırlaşırmı, ruslar İrəvanı razı sala bildimi?!”

Bu barədə erməni ekspert Stepan Qriqoryan aprelin 28-də Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. Lakin erməni ekspert Ermənistanın niyə görüşə getdiyini dəqiq bilmədiyini qeyd edib.
Onun sözlərinə görə, görüşlə bağlı yayılan rəsmi məlumatlar rəsmi dildir: “Azərbaycan bilmək istəyirdi ki, ərazilər qaytarılacaqmı və Rusiya bunun üçün Ermənistana təzyiq göstərməyi bacaracaqmı?! Əminəm ki, nazirlər bir-birinin əlini sıxarkən Məmmədyarov Nalbəndyandan soruşub: ”Siz əraziləri qaytarmağa hazırlaşırsınız?” Güman ki, Nalbənydan susub. Məmmədyarov daha sonra üzünü Lavrova tutub və soruşub: “Siz qoşunların işğal edilmiş ərazilərdən çıxarılması üçün Ermənistana təsir edə bildinizmi?” Lavrov da güman ki, heç bir cavab verməyib. Problem bizim hakimiyyətin suallar qarşısında susmasıdır. Çünki onlar Rusiyadan asılıdırlar və onun dediklərindən kənara çıxmırlar”.

Rusiyanın ev sahibliyi ilə keçirilən üçtərəfli danışıqların ardında Tehrandan da müəmmalı reaksiya gəlib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi APA-nın sualına cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil – zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil: “Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Ona görə düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür”.

B.Qasimi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən önəmli amillərdən biri xalqdır: “Bu məsələyə ciddi yanaşmaq lazımdır. Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

İranlı diplomatın ikibaşlı açıqlaması Tehranın ənənəvi siyasətinin davamından xəbər verir. Bir sıra hallarda Ermənistan üçün nəfəslik rolunu oynayan İran müsəlman qonşusunun torpaqlarını işğalda saxlayanları on illərdir ki, əslində himayə edir. 1992-ci ilin mayında Şuşa şəhəri əslində İranın Qarabağla bağlı vasitəçilik etdiyi, Tehranda müzakirələrin aparıldığı gün işğal olundu, bununla həm də müsəlman qonşumuzun cəhdləri iflasa uğradı. Lakin İran bunun qarşılığında Ermənistanı cəzalandırmaq əvəzinə, Levon Ter-Petrosyanın etiraf etdiyi kimi, Mehri dəhlizi vasitəsilə işğalçı üçün nicat ölkəsinə çevrildi. İndi yenidən Tehranın “mən də varam” mövqeyi qəribə görünür. Təəssüf ki, Rusiya kimi, İran da “status-kvo”nun saxlanmasında daha çox maraqlıdır, nəinki həll modelinin işə salınmasında. İran Türkiyə kimi bircə ay sərhədlərini Ermənistanın üzünə bağlasa, İrəvanı işğalçı siyasətindən əl çəkməyə, donuzlarını işğal altındakı ərazilərimizdəki məscidlərindən çıxarmağa vadar ola bilər…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR