SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"AMAY Abdulla"nın "arvadı"nın işi: "O, general Akif Çovdarovun adını çəkirdi"

2-05-2017, 11:59 | Oxunub: 12 723 |

"AMAY Abdulla"nın "arvadı"nın işi: "O, general Akif Çovdarovun adını çəkirdi"
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.

O, bildirib ki, Aygün Akimova özünü nüfuzlu şəxslərdən birinin arvadı kimi təqdim edərək onun etibarını qazanıb: "Həm də deyirdi ki, MTN-də işləyirəm. General Akif Çovdarovun adını çəkirdi. Hər gün saat 7:45-də taksiyə minib qaçırdı ki, 8-də nazirlikdə iclasda olmalıyam".

Təqsirləndirilən Aygün Akimovanın vəkili zərərçəkmiş Afət Hüseynovaya sual verərək bu işlə bağlı MTN-ə müraciət edib-etməməsini soruşub: "Siz MTN-ə müraciət etmişdiniz ki, sizin belə polkovnikiniz var?"

Afət Hüseynova suala belə cavab verib: "Bəli. Mən nazirliyə müraciət edib dedim ki, belə bir adam mənim bütün əmlakımı ələ keçirib".

Zərərçəkmiş Hüseynova suala cavabının davamında deyib ki, Aygün Akimova onu Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekt göstərib: "Bir obyektə baxdıq. Mənə dedi ki, "burada hamı MTN işçisidir. Heç kimin üzünə baxma. Mənə dedi ki, 2 milyon 200 minə alıram. Sənin də nə qədər pulun varsa, gətir". Mən də axırıncı 186 minimi aparıb verdim. Rəşid Behbudov küçəsindəki evimi də öz adına almışdı. Sonradan üstü açıldı. Mən Aygünün soyadını Əliyeva bilirdim. Amma evin sənədlərinə baxanda gördüm ki, Akimova yazılıb. Deyirdi ki, onların 2-3 şəxsiyyət vəsiqəsi var. Onu bir dəfə MTN-dən çıxanda maşınla da götürmüşəm. Bu da məni inandırırdı".

Təqsirləndirilən Aygün Akimova isə çıxışında zərərçəkmiş Afət Hüseynovanın yalan danışdığını deyib: "Afət deyirdi ki, əri Zakir onu hədələyir. Ərinin içki düşkünü olduğunu deyib məndən kömək istəyirdi. Ev mənim evim idi. Mənə qarşı dedikləri də yalandır".

Afət Hüseynova təqsirləndirilən Aygün Akimovaya sual verib: "Əgər ev sənin idisə, mən də sizdə qalırdımsa, sənin ailən harada qalırdı?"

Aygün Akimova isə bu suala cavab vermək istəmədiyini bildirib. Digər zərərçəkmiş Natəvan Şahverdiyeva da məhkəmədə ifadə verib.

O, deyib ki, Aygün Akimova müxtəlif üsullarla onun etibarını qazanıb: "Tanış olanda mənə dedi ki, niyə kirayədə yaşayırsan? Bildirdi ki, ev tikirik, gəl sənə ev alaq. Binəqədidə məcburi köçkünlər üçün tikilən binadan 4 ev almaq üçün ona bir ev üçün 15-18 min manat verdim. Bütün qızıllarımı, pullarımı ona verdim. Aygünlə o qədər səmimi olduq ki, ona inandım".

Afət Hüseynova mağazasında olan mallarının, evinin, maşınının və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyir. Afət Hüseynova 800 min manata qədər zərər çəkdiyini qeyd edir.

Növbəti məhkəmə prosesi mayın 18-nə təyin edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Akimovanın iki övladının atası naxçıvanlı iş adamı "AMAY Abdulla"dır. Ancaq iş adamı ifadəsində deyib ki, Akimova onun şirkətində xadimə işləyib. Uşaqlarının atası olmadığı üçün onların doğum haqqında şəhadətnamələrinə öz adının yazılmasına razılıq verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR