SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub

28-04-2017, 12:58 | Oxunub: 8 495 |

"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub
"Azərbaycan Respublikası Nizami Gəncəvi adına Qızıl medalı" başqa xadimə də nəsib ola bilərdi. Bilirsiniz ki, bu mükafata məni layiq gördülər. Buna görə müəllimlərimə təşəkkür edirəm. Çünki mən də müəllimlərimdən öyrənmişəm. Bu mükafatın dəyərini, məsuliyyətini anlayıram".

Emtv.az-ın report-a istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nərgiz Paşayeva deyib.
Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncaqda təqdim olunub.

N.Paşayeva vurğulayıb ki, dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olublar: "İstərdim ki, kiçik bir əməyim elmimizi daha da qüvvətli etsin. Azərbaycan elmi fikri, düşüncəsi beynəlxalq müstəvidə, Oxford kimi universitetdə öz təzahürünü və təsdiqini tapsın. Çünki o universitetin devizi "Tanrı məni işıqlandırdı"dır. Nizami Gəncəvi yazırdı, mənim misralarım işıq saçır. Ona görə də bu gün Nizami işığının təntənəsidir. Bu nailiyyəti təkcə özümə şamil etmirəm".

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevaya bu mükafat müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə-Oxford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq mərkəzinin, Nizami Gəncəvi fondunun yaradılması və səmərəli təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə verilib.


"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub
"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR