SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal - erməni müğənnidən iddia

28-04-2017, 11:25 | Oxunub: 8 999 |

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal - erməni müğənnidən iddia
Ermənistanı ötən il “Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi “Skeletons” barədə iddia irəli sürüb.

Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin iddianı eschalley.com “Eurovision” xəbər saytı dərc edib.

Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan “Eurovision” proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir bildirib.

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal - erməni müğənnidən iddia
İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu və Azərbaycan təmsilçisinin oxuduğu “Skeletons”un birinci onun üçün yazıldığını söyləyib:

“Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orda idim. Hər şeyi bərabər hazırladıq”.

İTV-nin İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, İveta hüquqi bir şəxs olmadığı üçün onun ittihamına cavab verilməyəcək:

“İveta Mukuçyan yarışmanın iştirakçısı deyil. O, heç bir rəsmi qurumu təmsil etmir. Belə çıxır ki, Mukuçyan hüquqi nöqteyi nəzərdən adi bir vətəndaşdır.
Biz şirkət kimi hər bir siravi bir vətəndaşın qeyd elədiyi müəyyən fikirlərə reaksiya verməyimiz düzgün olmaz. Hər hansı bir rəsmi qurum ittiham səsləndirsəydi, cavab verərdik. Qeyd edərdik ki, bu provekasiyadır, iftiradır, böhtandır. Lakin, o, səlahiyyətli şəxs olmadığı üçün bu mövzuda reaksiya verməyəcəyik".


Bu məqamda qeyd edək ki, belə bir hadisə təkcə bu il baş verməyib. “Eurovision – 2016”da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle” mahnısı da əvvəlcə isveçli müğənni Molly Pettersson Hammar üçün yazılıb. Lakin o, mahnını ifa etməyib, seçimi başqa mahnıdan yana olub.

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal - erməni müğənnidən iddia
Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Səmra Rəhimlinin “Miracle”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR