SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Uşağım olmadığı üçün ərim məni boşadı" - xalq artisti

27-04-2017, 13:46 | Oxunub: 8 627 |

"Uşağım olmadığı üçün ərim məni boşadı" - xalq artisti
ARB TV-nin "Elin gözü" verilişində xalq artisti Səfurə İbrahimova qonaq olub.

Aktrisa aparıcı Elgiz Əkbərin suallarını cavablandırıb.

Ailəsindən bəhs edən aktrisa bunları deyib:

"Babamın dükanları olub. Atam da onun yanında işləyib. Biz sürgün həyatı keçirmişik. O zaman 3 yaşım vardı. Ailədə 8 nəfər olmuşuq. Babamdan qalan mülk əlimizdən çıxmışdı, hökumətin ixtiyarına keçmişdi. Qohumlarımız çoxdur, hamısında bir az qaldıq. Sonra atamın xalası oğlu bizə ev tutdu. Böyük sənətkarımız Hökümə Qurbanova mənə kömək elədi. Atam vəfat edəndə bizə gəldi, evi görüb şoka düşdü. Lazımı yerlərə müraciət elədi, mənə ev verdilər. Sonra ağır xəstələndim, evə heç kim gəlmirdi. Ətrafımdakılara demişdilər ki, yoluxucu xəstəliyə tutulmuşam".

S.İbrahimova "Qatır Məmməd" filmindəki rolundan və çəkiliş vaxtı yaşadığı çətin anlardan danışıb:

"O filmdə at belindəki rolumu çoxlu məşq etmişdim. Atın boyu alçaq idi, məni götürüb atdı yerə. Qorxdum, istəmədim oynamaq. Sonradan məni şirin dilə tutdular, hazırlaşdırdılar. Çəkiliş çox isti ərəfədə keçirdi. Qayalıqda o istinin altında hərəkət etmək çətin idi. İndi də belim ağrıyır. Rahat oturub-dura bilmirəm".

S.İbrahimova ailə həyatından da söz açıb. O bildirib ki, uşağı olmayıb:

"Buna görə də 5 ildən sonra ayrıldıq. Yoldaşım polis işçisi idi, Ukraynada işləyirdi. Qürbətdəydi deyə, 2-3 aydan bir, 3-4 günlük görüşürdük. Uşaq olmurdu deyə ayrılmaq istədi. Evlənib artıq. Bir dəfə oğlu ilə gəldi. Qapını açdı girdi içəri. Qara uşaq idi. Onun da anası ilə boşanmışdı. Sonra yenə evləndi. Mən heç kimlə ailə qurmadım".

O, indi ona ssenari təklif edilsə, oynayıb-oynamayacağı haqda suala belə cavab verib:

"Mən baxaram vəziyyətə. Yalan danışa bilmərəm ki, imkanlarıma baxaram. Görərəm ki, bacararam, onda olar. Elə olur ki, insan 100 yaşında belə oynadığı rolla "peçat" vura bilər".






Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR