SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nəsimi Yol Polisində daha bir “Beko Rəşad” peyda olub – Narazılıq

27-04-2017, 13:27 | Oxunub: 11 022 |

Nəsimi Yol Polisində daha bir “Beko Rəşad” peyda olub – Narazılıq
Bu gün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində sürücülərlə yol polisi əməkdaşları arasında mübahisə düşüb.

Hadisə şahidlərinindən mətbuata verilən məlumata görə yol polislərinin haqsız davranışları sürücüləri hiddətləndirib. Məlumata görə, əsas narazılıq bir müddət əvvəl nazir Ramil Usubovun əmri ilə işdən qovulan Rəşad Nağıyev (“Beko Rəşad”) yerinə təyin olunan Pərviz adlı YPX (10 YP 273) əməkdaşıdır.

Deyilənə dörə o da eyniylə “Beko Rəşad” kimi sürücüləri heç bir əsas olmadan – sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman onu saxladaraq avtoxuliqan kimi qələmə verir, , onların cəzalandırılmasına çalışır.

Elə buna görədir ki, Nəsimi ərazisində daha bir “Beko Rəşad”ın peyda olduğu söylənilir. Məlumatda bildirilir ki, o özünü Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin qohumu kimi təqdim edir, hətta öz həmkarlarına belə hörməsizlik etməkdən çəkinmir.

Qeyd olunan şəxslə bağlı şikayətçilərin aidiyyəti qurumlara ünvanladıqları ifadələrini yayımlayacağıq.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox “Beko Rəşad” kimi tanınan Rəşad Nağıyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri “avtoş” adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.

Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, “Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman R.Nağıyev onu saxladaraq avtoxuliqan kimi qələmə verir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Bu tipli şikayətlərin sayı durmadan artdığı üçün “Beko Rəşad”ın fəaliyyəti yoxlanılıb və bəzi şikayətlər təsdiqini tapdığı üçün nazirin əmri ilə sərəncama göndərilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR