SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qızının toyu ilə gündəmə gələn məmurla bağlı araşdırma başladı

27-04-2017, 12:27 | Oxunub: 15 565 |

Qızının toyu ilə gündəmə gələn məmurla bağlı araşdırma başladı
Qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladılıb.

Emtv.az bildirir ki, bu barədə məlumat qafqazinfo-ya hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, günlərdir keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib.

Qızın yeni həyat yoldaşı ilə bahalı həyat tərzi sürməsinə məhz atası, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun məmur kimi qazandığı pulların səbəb olması ilə bağlı ittihamlar onun barəsində araşdırmaların başlamasına səbəb olub.

Belə ki, artıq Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər və hansı qaydalarla qurlaşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.
Qızının toyu ilə gündəmə gələn məmurla bağlı araşdırma başladı
Məlumat üçün bildirək ki, Şükürovun keçmiş kürəkəni, onun qızından ayrılan Elşən Əsgərli bu ailənin haqqında olduqca sərt ittihamlar səsləndirib, qızın atasının korrupsiya ilə məşğul olduğunu və topladığı misilsiz var-dövlətlə xüsusi qoçu dəstələrini saxladığını deyib. Hər iki tərəfin bir-birilərinə qarşı ağır ittihamları olub. Aysel və onun yeni həyat yoldaşı Oqtay xanımın keçmiş əri Elşən Əsgərlinin narkotik dispanserdə qeydiyyatda olduğunu və normal həyat tərzi keçirmədiyini iddia ediblər.

Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur.

Belə görünür ki, indi növbə qızı Aysel və kürəkəni Oqtayın “sayəsində” ölkənin baş “liftyoru” Qüdrət Şükürovundur…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR