SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib

26-04-2017, 13:21 | Oxunub: 10 263 |

Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra mətbu orqanlarda yayılan Nazirlər Kabinetinin qərarı ilə bağlı “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib.

Emtv.az-ın report-a istinadən xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi təqdim edilməsi yanlışdır: "Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi anlaşılması və təqdim edilməsi yanlışdır. İlk növbədə bildirirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən, minimum əmək haqqının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz".

Onun sözlərinə görə, məcəllənin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən isə respublikanın büdcədən maliyyələşdirilən müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda isə respublikamızda muzdlu işçilərin 40 faizindən çoxu büdcədən maliyyələşdirilən sahələrdə çalışır: "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamı ilə imzalanıb və minimum əmək haqqının məbləği 2017-ci ilin əvvəlindən 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib.
Bununla bağlı olaraq, Nazirlər Kabineti 21 aprel 2017-ci il tarixli 161 nömrəli Qərarla 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə uyğunlaşdırılmasını, yəni bu Qərarın 5 nömrəli əlavəsi olan “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edərək, həmin işçilərin minimum vəzifə maaşlarının müəyyən olunmuş minimum əmək haqqı səviyyəsindən aşağı olmamasını uyğunlaşdırılmaqla təmin etmişdir".
E.Babayev qeyd edib ki, qeyd olunan qərar sadəcə olaraq, Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğunlaşdırılması məqsədinə xidmət edir: "Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə respublikamızda dövrü olaraq minimum aylıq əmək haqqının artırılması həyata keçirilir. Son on il ərzində minimum əməkhaqqının məbləği 3,5 dəfə artırılıb, nəticədə ölkə üzrə orta aylıq əməkhaqqı da 3,3 dəfə artıb".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR