SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Neftçala sakininin sosial yardımı niyə kəsildi?

25-04-2017, 11:41 | Oxunub: 8 521 |

Neftçala sakininin sosial yardımı niyə kəsildi?
Nefçala rayon sakini Tural Kazımov ailəyə verilən sosial müavinətin dayandırıldığı üçün qafqazinfo-ya müraciət edib. Şikayətçi bildirib ki, ailədə tək özü işləyir və bu vəziyyətdə yaşamaq qeyri-mümkündür:

“2 qızım var. Biri 4, biri də 5 yaşındadır. Çox ağır şəraitdə çalışıram, 187 manat maaş alıram. O pulla da ailə saxlamaq mümkünzüdü. Evimin halı yaşanılacaq kimi deyil. Sonuncu dəfə dekabr ayında 186 manat müavinət almışıq. Düzdür, aylıq 13 manat VÖEN ödəməliydim, imkansızlıqdan onu verə bilmədim, kəsdilər. Ancaq altında maşın olanlar, şəraitli evdə yaşayanlar sosial müavinət alır, bizə vermirlər. Artıq həyatımdan bezmişəm”.

Emtv.az xəbər verir ki, məsələylə bağlı sözügedən sayta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxlayıb. O bildirib ki, sözügedən ailəyə ünvanlı dövlət sosial yardımının verilməsinin dayandırılması qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilib:

“”Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.7-ci bəndinə əsasən, sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Kazımov Tural Rac oğlu da ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün elektron qaydada müraciət edən zaman sahibkarlıq fəaliyyəti ilə bağlı məşğulluğu barədə məlumat versə də, sonradan elektron sistem bu məlumatda dəyişikliyin baş verdiyini (onun adına olan VÖEN-in bağlandığını) qeydə alıb.

Bu səbəbdən onun ailəsinə sosial yardımın verilməsi dayandırılıb və ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirib”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR