SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rektorun BDU ekspedisiyası – rüşvət, gestapo, repressiya, mitinq və…

25-04-2017, 11:19 | Oxunub: 9 546 |

Rektorun BDU ekspedisiyası – rüşvət, gestapo, repressiya, mitinq və…
Bakı Dövlət Universiteti özəl universitetləri geridə qoyub – indi rüşvət ittihamlarında. Qocaman ali məktəbin günbəgün nüfuzunu aşağı salan rəhbərlik rüşvətə son qoymaq əvəzinə açıq şəkildə ittiham irəli sürənləri təhdid edir, qorxudur, tələbələri məhkəməyə verir.
İndi isə tələbə Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət hallarının araşdırılmasını tələbinə görə məhkəməyə verilib.
Abel Məhərrəmov tarixdə yeganə rektordur ki, tələbəni məhkəməyə verir. Hətta adı tez-tez rüşvətdə çəkilən özəl təhsil ocaqlarının rektorları belə tələbəni məhkəməyə verməyib.


İlkə imza atmaqda mahir olan A.Məhərrəmovun növbəti “uğur”u bir neçə il əvvəl BDU-da tələbələrin rüşvətə qarşı etiraz aksiyası keçirməsi idi. İndiyə qədər heç bir universitetin qabağında rüşvətə qarşı etiraz mitinqi olmamışdı.
O zaman keçirilən açıq görüşdə BDU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva rüşvət vermədiyi üçün imtahandan kəsildiyini mikrofona demişdi.

Bakı Dövlət Universiteti nüfuzlu təhsil müəssisəsi imicini itirməkdədir.
A.Məhərrəmovun idarəçiliyi sayəsində universitetin reputasiyası yerdən yerə dəyib. Təkcə rüşvət ittihamları deyil, tələbələrin hüquqlarının pozulması halları da məhz BDU-da yaşanıb.


Bir müddət əvvəl Jurnalistika fakultəsində dekan müavini Aytəkin Zeynalovanın səs yazısı yayılmışdı.
O, tələbələri Feysbukda BDU haqda yazdıqları statuslara görə hədələyirdi. Kəsəsi, A.Məhərrəmov veteran ali məktəbdə gestapo, irtica və rüşvət labirinti yaradıb. İndi isə Z.Mirağayev repressiya ilə üzbəüz qalıb.

Onun sözlərinə görə, dekan müavini Nigar İsmayılzadənin rüşvət əməlləri ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib:
“Hətta Heydər Əliyev fondunun səlahiyyətli nümayəndəsinin qəbulunda da oldum. Bunun nəticəsi olaraq bu günə kimi BDU-da heç bir araşdırılma aparılmadı.
Hətta BDU rəhbərliyi rektor Abel Məhərrəmov, prorektorlar Sani Hacıyev, İsmayıl Əliyev və İradə Əliyeva tam əksinə olaraq Nigar İsmayılzadənin tərəfini tutdular, hətta məni məhkəməyə verməyə qədər təhdid etdilər
.

Mən də dedim ki, buyurun məhkəmədə görüşərik. Bundan əlavə gördüm ki, BDU-da N.İsmayılzadənin əməlləri haqqında araşdırma getmir.
Təkrar olaraq (22.02.2017) vitse-president Mehriban Əliyevaya, DİN-Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Təhsil Nazirliyinə məktub yazdım. Çünki, Təhsil Nazirliyi və Korrupsiya İdarəsinin BDU ilə bacara bilmədiyini əvvəlcədən bilirdim.

Ona görə ki, BDU rəhbərliyi artıq mütəşəkkil şəkildə rüşvət məsələlərini həll etdiyindən, əlavə olaraq da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməli oldum. Amma, hələ ki, heç bir müsbət araşdırma yoxdur. Dekan müavini Yaponiyadakı səfirimizin bacısıdır”.


A.Məhərrəmova qarşı rüşvət ittihamları birinci və sonuncu deyil. Az əvvəl də azerbaycansaati.tv-nin yaydığı məlumatda rektorun Azərbaycan əsgərindən 40 manat rüşvət aldığı iddia olunurdu.
2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedib.

Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Bunu necə etdiyi də möcüzəli deyil.
Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, dövlət imtahanında iştirak edərək “imtahan” verib geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.


Məlumatda həmçinin bildirilirdi ki, Abel Məhərrəmov bu qanunsuz əməliyyatı həyata keçirmək üçün tələbənin valideyinindən əvvəlcədən 40 min manat alıb.
Bu məlum tələbə isə Şəmkirin prokuroru Novruzov Allahverdinin oğludur. Bəs yığılan rüşvət hara gedir?
Bakıda fəaliyyət göstərən məşhur “Mona Liza” şadlıq sarayının rektora məxsus olduğunu qeyd etmək həmin pulların hara getdiyini müəyyən edir.

Təkcə odurmu – villalar, restoranlar, obyektlər…Oliqarxlaşmış rektorun vecinə deyil ki, universitetin adı neqativ hadisələrdə hallanır.
İki dekan müavini – A.Zeynalovanı və N.İsmayılzadəni işdən çıxarmaq yerinə səs yazıb yayan tələbələr və rüşvət ittihamı irəli sürən tələbə təhdid olunur.
A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir. Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir.


Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi. Bu arxayınlıq həm də rektorun hakimiyyətdə güclü himayəçilərinin olması və qardaşlarının vəzifələrdə yerləşməsidir.
Adil Məmmədəli oğlu Məhərrəmov – A.Məhərrəmovdan yaşca kiçik olsa da tutduğu vəzifə olduqda böyükdür. O, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavinidir.

BDU rektorunun digər qardaşı Rauf Məhərrəmov ondan nə az,nə çox 20 yaş kiçikdir. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub. Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.

Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Məhərrəm Məhərrəmov Prezident Administrasiyasının Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Bütün bu faktorlar kifayət edir ki, rektorun siyasi qanadlarının hara qədər açıldığını görmək mümkün olsun. Ona görə də Z.Mirağayev rüşvət ittihamı irəli sürdüyü halda özü həbs olunmasa təəccüblənərik…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR